Son məlumatlara görə, Apple Meta "Ray Ban" kimi ağıllı eynəklər üzərində işlərini davam etdirir. Şirkət, həmçinin Apple Vision Pro-nun ucuz bir versiyasını da hazırlayır.

Apple bir müddətdir ki, virtual və real texnologiyalar üzərində işləyir. Bu ikisini bir araya gətirən Apple Vision Pro keçən ilki WWDC-də tamıdılıb və bu ilin əvvəlində ABŞ-da istehlakçılara təqdim edilmişdir. Məlumata görə, şirkət ucuz Apple Vision üzərində işləyir . Lakin daha maraqlısı odur ki, şirkətin smart eynəklər üzərində də çalışdığı bildirilir.
Apple Glass və ya Apple smart eynəkləri haqqında məlumat bir neçə il əvvələ gedib çıxır. Bloomberg-dən Mark Qurmanın sözlərinə görə, şirkət Meta -nın Ray Ban eynəklərinə bənzəyən ekransız və adi günəş eynəkləri kimi görünən ağıllı eynəklər üzərində işləməyə davam edir.
Ancaq bu araşdırmaların konkret bir məhsula çevrilib-çevrilmədiyi bəlli deyil. Çünki Qurman deyir ki, Apple artırılmış reallıq eynəkləri üçün texniki çətinlikləri həll etməyə çalışır. Beləliklə, "Apple Glass" adlı real məhsul və ya cihazı gözləmək, yəqin ki, bir az daha uzun sürəcək.
Əslində, Meta Ray Ban ağıllı eynəklərin təsvirinə ən yaxşı uyğun gələn cihazlardan biridir. Üstün funksiyalar üçün ekranı yoxdur və bu onu qəşəng bir cihaz edir. Hərəkət edəndə foto və video çəkməklə yanaşı, süni intellekt köməkçisi kimi də istifadə edilə bilər. Daxili kamera ilə siz Meta AI-dən baxdığınız şeyin nə olduğunu da soruşa bilərsiniz. Üstəlik, onun qiyməti 329 dollardır.
Bu ilin əvvəlində satışa çıxarılan Apple Vision Pro həddindən artıq populyar idi. İlk çıxdığı vaxt böyük diqqət çəkən cihaza maraq zaman keçdikcə xeyli azaldı. Əslində, istehlakçıların böyük əksəriyyəti üçün 3,499 dollarlıq ödəniş əldə edilə bilən deyil. Bu vəziyyət satışlarda da əks olunur və istənilən satışa çatmaq olmur.
Apple, bəlkə də, birbaşa “Apple Vision” adlandırıla bilən bu problemi həll etmək üçün daha ucuz model üzərində işləyir. Xərcləri azaltmaq üçün nələrin ediləcəyi bəlli deyil, ancaq cihazın ön ekranı ilk ağla gələn şeylərdən biridir. Həmçinin bildirilir ki, şirkət ikinci nəsil Apple Vision Pro üzərində işləməyə davam edir, lakin onun buraxılış vaxtı bəlli deyil.
Mənbə: Donanimhaber.com
Tərcümə etdi: Rəfiqə Rəhimli
