Bu gün:

Sebastyan Vettel Formula 1-ə geri qayıdır?



Sebastyan Vettel Audi ilə Formula 1-ə qayıtmaq yolunda ola bilər. İndiyə qədər yalnız Niko Hülkenberqlə müqavilə imzalayan Sauber/Audi 2025-ci il üçün yeni sürücü axtarır.

Artıq bir çox sürücü ilə əlaqə saxlayan alman istehsalçısı indiyə qədər istədiyi yarışçını tapa bilməyib və ən çox istədiyi Carlos Sainz-i Williams-a uduzub. Audi üçün sürpriz bir namizəd var: 4 qat dünya çempionu Sebastyan Vettel. Vettel 1,5 illik idman fasiləsindən sonra qayıtmaq niyyətindədir.

Helmut Marko Vettelin idmana qayıtmaq istədiyini təsdiqlədiyi bildirilib. Bununla belə, Markonun sözlərinə görə, boş oturacaqlar yoxdur və Mercedes Vettelə maraq göstərməyib.

Komandaya Vettelin əvvəllər işlədiyi Jonathan Wheatley və Mattia Binotto kimi adlar da daxildir. Bu, onun Audi-yə keçməsinə zəmin yarada bilər.


Mənbə: Motorsport

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et