Bu gün:

Audi Sauberin ikinci sürücüsü kim olacaq?



Agentlik F2 seriyasında yarışan bir sıra gənc istedadlarla işləyir, o cümlədən çempionat lideri İsak Hadjarı və Formula 2 mövsümünə dörd yarış qalmış 36 xalla ikinci yeri tutan Qabriel Bortoleto. Bortoletonun istedadı hamıya məlumdur. Braziliyalı yarışçı Formula 3-ün hazırkı çempionudur və ilk F2 mövsümündə dörd dəfə podiuma yüksəlib.

Bu davamlı uğur qışda McLaren-in diqqətini çəkib və onlar onu gənc sürücü proqramına daxil ediblər, lakin Lando Norris və Oscar Piastri heç yerə getməsə, Bortoletonu başqa yerdə F1 fürsəti axtarmağa məcbur qalacaq. 19 yaşlı sürücü Sauber-də şans tapa bilər, yeni rəhbər Mattia Binotto 2026-cı ildə Audi Sauber-i təhvil almazdan əvvəl braziliyalı ulduzu komandaya əlavə etməyi düşünür.

Bu hekayədə gənc pilotun karyerasını diqqətlə idarə edən Alonso da rol oynayır.

Bortoleto deyib: “Belə söhbətlər təbii ki, həmişə yay tətilində olur. Öz tərəfimdən deyə bilərəm ki, F2 mövsümümə 100% sadiqəm. Bu il mənə hər cür dəstəyi verən McLaren ilə müqaviləm var. Nəhayət, hamınız bildiyiniz kimi, karyeramı A14 Management idarə edir. Mənim maraqlarımı ən yaxşı şəkildə təmin edən onladır".

Bununla belə, Bortoletonun 2025-ci ildə Sauberin ikinci kreslosunda oturacağı dəqiq deyil. Valtteri Bottas gələn mövsüm F1-də qalmaq üçün çox mübarizə aparır və indiki rəhbərlərini gələn il Niko Hülkenberqə ortaqlığa doğru adam olduğuna inandırmağa hələ bir neçə yarışı var.


Mənbə: Motorsport 

Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et