Bu gün:

Niyə işıqfor qırmızı, sarı və yaşıl yanır?


İşıqforlardan ilk dəfə 1800-cü illərdə qatarların keçidini tənzimləmək və lokomotivlərin qəzaya düşməsinin qarşısını almaq üçün istifadə edilib. Təhlükəni bildirmək və xəbərdarlıq etmək üçün geniş şəkildə istifadə edilən qırmızı işıqlar lokomotivləri xəbərdar etmək üçün seçilən ilk rəng olub.

Eyni zamanda qırmızı rəngin böyük dalğa uzunluğu və uzaq bir nöqtədən görünə bilməsi maşinistlərin daha erkən qərarlar verməsini və sürəti erkən azaltmasını təmin edir.

1800-cü illərdə keçid siqnalları yaşıl deyil, ağ idi. Lakin zaman keçdikcə ağ rəng ciddi problemlər yaradıb. Qırmızı işıq üçün istifadə edilən linzalar düşdükdə işıq ağa çevrilir və bu da qəzalara səbəb olur. Bu problemin qarşısını almaq üçün işığa sarı rəng əlavə edilib.

1900-cü illərdə Ford avtomobillərinin hərəkətə sisteminə daxil olması yol hərəkətində tənzimləməni zəruri edib. Xüsusilə 1913-cü ildə yol qəzalarında 4000 nəfərin həlak olması ciddi problemlər yaradıb.

1920-ci ildə Detroit polisi William L. Potts üç rəngli işıqfor sistemini dizayn edir. Onun tərtib etdiyi sistemdə müəyyən zaman ərzində rənglər dəyişir. Qırmızı, Sarı və Yaşıl rənglərdən istifadə edən sistem 1935-ci ildə məcburi işıq sisteminə çevrilib. Həmin gündən işıqforların rəngi həmişə olduğu kimi qalıb.

Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et