Avropanın yeraltı anbar anbarları (UGS) hazırda 87,5% ilə doludur ki, bu da Qaz İnfrastrukturunun Avropanın (GIE) məlumatlarına görə, 2023-cü ilin rekord səviyyəsindən hələ də aşağıdır.
Ukrayna silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumu fonunda Ukrayna ərazisindən qaz tranziti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Avropa birjasında qazın qiyməti 1000 kubmetr üçün təxminən 440 dollar təşkil edir.
Avqustun 10-da Aİ ölkələrində UGS obyektlərinə qaz vurulması 312 milyon kubmetr, çıxarılması isə 32 milyon kubmetrə bərabər olub.
Hazırda Avropanın UGS obyektləri 96,4 milyard kubmetrdən çox qazla 87,59%-ə (son beş il ərzində bu tarix üçün orta göstəricidən 8,11 faiz bəndi yüksək) doludur. Mərkəzi və Qərbi Avropada cari həftə ərzində havanın əvvəlki yeddi günlük dövr kimi isti olacağı gözlənilir. Avqustda Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 11%-ə düşüb.
İyul ayında terminallardan Avropa qaz ötürmə sisteminə mayeləşdirilmiş təbii qazın ümumi daxilolmaları 2021-ci ilin noyabrından bəri ən aşağı göstərici olub və azalma tendensiyası avqust ayında da davam edir. Hazırda Avropada maye qazın yenidən qazlaşdırılması və sonradan boru kəmərlərinə vurulması üçün güclər maksimumun 29%-i ilə yüklənir. Avropada iyulda qazın orta alış qiyməti 1000 kubmetr üçün 366 dollar olub, avqustda isə 429 dollara yüksəlib.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova