Bu gün:

Danışdığımız dilə əsasən dəyişdiyimizi bilirdinizmi?


Dil öyrənmək bizim üçün mühüm rol oynayır. Məlumdur ki, ikidilli olmaq karyera və akademik məqsədlərimiz üçün faydalıdır. Yeni bir dil öyrəndiyimizdə, eyni zamanda, dilin arxasındakı fərqli mədəniyyətləri də öyrənirik. Hətta, bu, davranışlarımızın dəyişməsinə belə səbəb ola bilər.

Araşdırmalara görə, insanlar dillərini birindən digərinə dəyişdikdə davranışlarında da bəzi dəyişikliklər olur. Səbəblərdən biri insanın fərqli dili danışarkən həmin dilin mədəniyyət normalarına uyğunlaşmasıdır.

İngilis dilini misal çəkək. Bu dilin insanlarda ziyalıların dili olduğu haqqında təsəvvür yaradan beynəlxalq bir dil olduğu bilinir. Buna görə də, ingilis dilində danışmaq onların özləri haqqında daha inamlı hiss etmələrinə səbəb olur və daha peşəkar səsləndiklərini hiss edirlər. 

Bu, insanların xarakterlərinin az da olsa dəyişməsinə təsir edir. Amma o demək deyil ki, hər dildə öz ayrı şəxsiyyət xüsusiyyətlərimiz var. 

Nəticə olaraq deyək ki, müxtəlif dillərdə danışmaq kiməsə düşüncə tərzini dəyişdirməyə kömək edərək davranışlarına təsir edə bilər. Ancaq kiminsə danışdığı hər dildə tam fərqli şəxsiyyətə sahib ola biləcəyini söyləmək doğru deyil.

Mənbə: cxomedia

Tərcümə etdi: Gülay Orucova 



Paylaş
Şərh əlavə et