Bu gün:

David De Xeanın yeni komandası rəsmiləşib




A Seriyasının komandalarından olan "Fiorentina" David De Xeanın transferini rəsmən açıqlayıb.
Nəhayət, “Mançester Yunayted”də çıxış edən və bir ildən artıqdır, boş qalan təcrübəli qapıçı David De Xeanın yeni komandası rəsmiləşib.


İtaliya A Seriyasının komandalarından olan Fiorentina 33 yaşlı David De Xea ilə müqavilə imzaladığını açıqladı.

Futbola Atletico Madrid infrastrukturunda başlayan David De Xea 2011-12 mövsümünün əvvəlində 25 milyon avroya "Mançester Yunayted"ə transfer olundu. O, 2023-cü il iyul ayının 1-dən etibarən klubsuz idi.

Mənbə: NTV Spor
Tərcümə etdi: Məhəmməd Qasımov

Paylaş
Şərh əlavə et