Fernando Alonso həm Ferrari, həm də McLaren ilə yarışarkən Andrea Stella ilə yaxından işləmək imkanı əldə etdi. Stella komandanın direktoru təyin edildikdən sonra McLaren böyük yüksəlişə getdi və indi çempionluq mövqeyindədir.

Alonso stellanın inanılmaz mühəndis olduğunu və onun bu qədər yaxşı iş görməsinə təəccüblənmədiyini bildirib.
İspan pilot açıqlamasında "O, həqiqətən inanılmaz insandır" deyib.
“Əvvəla, o, böyük mühəndisdir, indi isə komandanın yaxşı rəhbəridir. O, əla oğlandır. Düşünürəm ki, vicdanlı və öz işini sağlam düşüncə ilə görən hər kəs həyatda uğur qazanacaq. O, böyük liderdir və dediyim kimi, inanılmaz dərəcədə səviyyəlidir".
"Onun bu qədər yaxşı iş görməsinə təəccüblənmirəm".
Mənbə: Motorsport
Tərcümə etdi: Məhəmməd Qasımov
