Bu gün:

Bu oyunu dərhal kompüterinizdən silin...


'Momo' adlı oyunun səbəb olduğu intihar hadisələrinin ardından psixoloji gərginlik ehtiva etdiyi və intihara səbəb olduğu deyilən başqa bir oyun üçün həyəcan siqnalı verildi. 

“Doki Doki Ədəbiyyat Klubu” adlı oyun İngiltərə və Xorvatiyada iki uşağın ölümünə səbəb olub. Qorxulu olan odur ki, oyun dünyada yayılmağa davam edir."


"Momo" oyununun yaratdığı qorxudan sonra, İngiltərənin Kornuoll şəhərindəki bir məktəbdə intiharla bağlı oyunlar siyahısına yenisi əlavə edilib və valideynlərə oyunla bağlı xəbərdarlıq məktubu göndərilib.


Məktubda yazılıb ki, valideynlər övladlarının proqramdan istifadə edib-etmədiyini yoxlamalı və əgər istifadə edərsə, dərhal cihazlarından silməlidirlər. Bu oyun psixoloji gərginliyi özündə ehtiva edir. 


Növbəti fəsillərdə tamaşada bir personaj depressiyadan danışır və intihar edir. Oyun olduqca 'şən' başlayır. Normal və şən bir atmosferlə başlayan oyun irəlilədikcə şokedici psixoloji dəhşətə çevrilir. 


Mənbə: Flash Haber 

Tərcümə etdi: Fatimə Əsədzadə

Paylaş
Şərh əlavə et