Bu gün:

Bir alimin vərdişlərinə görə təhlili: Eynşteyn


Dünyanın ən ağıllısı dediyimiz alimlərin hər cür vərdişləri, vəsvəsələri olduğunu bilirik. Məsələn, Teslanın çirkli səthlərə və mirvari sırğalara aludə olması və onlara heç vaxt toxuna bilməməsi, riyaziyyatçı Oliver Heavisidenin evinin bütün divarlarını çəhrayı daşlarla örtməsi və gününü o divarlara baxaraq süd içməklə keçirməsi, Yunan filosof Pifaqorun heç vaxt paxla yeməməsi kimi maraqlı vərdişlər var.

Araşdırmalara görə, ətraf mühit faktorlarının zəkaya təsiri sübuta yetirilib. Bu o deməkdir ki, bizim vərdişlərimiz və davranışlarımız zəkamızı müəyyən edən amillərdəndir. Beləliklə, davranışımız düşüncə tərzimizə təsir edir və dünyanı belə dərk etməyə başlayırıq. Bu baxımdan, ziyalı insanların vərdişlərindən öyrənəcəyimiz bir şeyin olub-olmadığı bilinmir, lakin normaldan gec danışmağa başlayan Eynşteynin məktəbdə heç bir uğur qazanmadığını, sonradan tanındığını da inkar etmək olmaz. Dünyanın indiyə qədər tanıdığı ən ağıllı adamlardan biri kimi idman, yuxu və geyim sahələrində çox fərqli vərdişlərə sahib idi.

Gündəlik məşqlər

Enerjisi və zəkasıyla tanınan Albert Eynşteyn Nyu Cersidəki Prinston Universitetindəki işinə hər gün orta hesabla 5 km piyada gedirdi. Bilirdi ki, yerimək bədən sağlamlığını qorumaqla yanaşı, zehni təmizləyən və sakitləşdirən təsirə malikdir. Bundan əlavə, çöldə gəzmək problem həlletmə qabiliyyətini və yaddaşı yaxşılaşdırır. Bundan əlavə, o, gündəlik idmanını velosiped sürməklə edərdi və beləliklə, gündüz işlərini etməklə özünü enerjili tutardı.

Yatmaq və ya mürgüləmək

Yuxu zamanı beynin dincəldiyini, gün ərzində öyrəndiklərimizi təkrarladığımızı bilirik. Beləliklə, fərqində olmadığımız nəticələr çıxara bilirik. Mütəxəssislər 8 saat yuxunun kifayət olduğunu desələr də, Eynşteyn yuxuya çox aludə olub və gündə 10 saata yaxın yatıb. Gün ərzində qısa fasilələrlə yatan Eynşteyn çox yatmağın qarşısını almaq üçün özünəməxsus bir üsul hazırlayıb. Əlində qaşıq, nimçəsi yerdə yatırdı, qaşığın düşmə səsinə oyanır, vaxtın uzanmasının qarşısını alırdı. Arada etdiyi yuxularla beynini davamlı istirahət etdirən Eynşteyn ağlını bu yuxulara borclu ola bilər.

Geyim tərzi

Eynşteynin ən maraqlı vərdişlərindən biri corabsız gəzmək idi. Məktublarının birində yazırdı: "Uşaq olanda baş barmağımın corablarımı deşdiyini gördüm, ona görə də corab geyinməyi dayandırdım". Geyinmə tərzinin zəkaya necə təsir etdiyini tam olaraq bilməsək də, formal geyinənlərin mücərrəd düşünmə sahəsindəki testlərdə rahat geyinənlərə nisbətən daha uğurlu olduğunu göstərən araşdırmalar var. Eynşteyn üçün həyatda bütün bunlara bağlı qalmaqdan daha vacib şeylər var. 1955-ci ildə "LIFE" jurnalına verdiyi müsahibədə onun üçün ən vacib məsələni demişdi: “Əsas odur ki, sorğu-sual etməyi dayandırma, maraq varlığın birinci şərtidir”.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et