24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, velisoped zolaqlarından danışıb.
-Bakıda son zamanlarda çəkilən velosiped zolaqları yollarda tıxaca səbəb olurmu?

Mən deməzdim ki, çəkilən velosiped zolaqları yollarda tıxaclara səbəb olur. Bakıda tıxacların baş vermə səbəbləri həddindən artıq çoxdur. Onlardan başlıcası Bakı şəhərinin mərkəzində hər gün kütləvi tədbirlərin keçirilməsi və yolların bağlanmasıdır, bu, məlumdur. Sonraki səbəblərdən biri də budur ki, Bakıda yol infrastrukturu düzgün qurulmayıb, “butulka effekti” ilə-dar boğazla qurulub. Yolların avtomobil buraxma qabiliyyəti olduqca aşağıdır. Bundan əlavə, parklanma yerlərinin vaxtında təşkil olunmaması, yaşayış və qeyri-yaşayış obyektlərinin parklanma yerlərinin olmaması da az da olsa tıxacların yaranmasına səbəb olur.
Velosiped yolları zəbt olunub
Velosiped yolları ilə bağlı başqa bir problem var ki, dövlət velosiped istifadə edən vətəndaşların sərbəst hərəkətini təmin etmək üçün yollar çəkib. Ancaq bu yolları ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər zəbt ediblər. Daşınma xidmətləri, kirayə elektrikli samokat şirkətləri velosiped yollarını zəbt ediblər. Faktiki olaraq, bu səbəblərdən vətəndaşlar təyinatı üzrə velosiped yollarını istifadə edə bilmirlər. Velosiped yolları bu elektrikli samokatlardan, mopedlərdən təmizlənməlidir.
Rəhimə Cəmilova
