Bu gün:

Dünyanın ən yaxşı futbolçuları


Əfsanəvi futbolçular dedikdə, təbii ki,  ən yaxşı futbolçular yada düşür. Meydanda gözəl və centlmen oyunu, vurduğu qollarla beynimizə həkk olunmuş bütün zamanların ən əfsanəvi futbolçularının siyahısını hazırlasaydınız, orada hansı adlar olardı? 

Futbolun 1800-cü illərə qədər uzanan uzun bir tarixi var. Bu tarixdə köhnə, keçmiş əfsanəvi futbolçuların, yeni uğurlu oyunçuların, əfsanəvi hücumçuların, unudulmaz qapıçıların böyük siyahısını hazırlamışıq.

1) Dieqo Maradona


Boy:  1.67

Mövqe:  Yarımmüdafiəçi - Nömrə 10

Ayaq:  Sol Ayaq

"Əfsanəvi futbolçu" dedikdə ağıla ilk gələnlərdən biri argentinalı futbolçu Dieqo Maradonadır. 1976-cı ildə parlayan ulduz, 1997-ci ilə qədər oynadığı futbolla yeddidən yetmişə qədər futbolla maraqlanan hər kəsin ürəyinə taxt qurdu. Futboldakı uğurları ilə birlikdə, aktual hadisələrə yanaşması və duruşu ilə əfsanə olan Dieqo Maradona futbol həyatına Estrella Roja komandasında başlayıb. İstedadı ilə günü-gündən bəyənilən futbolçunun iz buraxdığı komandalar arasında Argentina, Boka Xuniors və Napoli də var. Maradona bəziləri tərəfindən bütün zamanların ən yaxşı futbolçusu hesab olunur.

2) Edson Arantes do Nascimento – Pele


Boy:  1.76

Mövqe:  Hücumçu – Mərkəz hücumçusu

Ayaq:  cüt ayaq

17 yaşında dünya çempionatındakı oyunu ilə çox gənc yaşda əfsanəvi futbolçular arasına adını yazdırdı. "Milli Xəzinə" kimi elan edilən Pele futbol dünyasının "Tacsız Kralı" kimi təsvir edilir. 1977-ci ildə futbolu tərk edən Pele ümumilikdə 1363 liqa oyununda iştirak edib. Santos komandasında oynadığı futbolla xüsusilə yadda qalan Tacsız Kral Pele 1973-cü ildə Türkiyədə keçirilən Fənərbaxça-Santos oyununda türk tamaşaçıların qarşısına çıxıb. Pele həm də bəziləri tərəfindən tarixin ən yaxşı futbolçusu hesab olunur.

3) Ronaldo de Assis Moreira – Ronaldinyo

Boy:  1.79

Vəzifə: Qanad - Bir nömrəli

Ayaq: Sağ ayaq

Futbol əfsanələri siyahısına başçılıq edən digər ad Ronaldinyodur. Barselonada və milli komanda oyunlarında oynadığı futbolla futbolsevərləri valeh edən Ronaldinyonun bu sahə üzrə macərasının böyük bir hissəsi Avropa komandalarından keçdi. Paris Saint-Germain, Barselona və Milan komandalarında uğur qazanmasına töhfə verən futbolçu 2 dəfə FİFA tərəfindən "ilin ən yaxşı oyunçusu" mükafatını almağa haqq qazanıb.

4) Zinəddin Zidan


Boy:  1.85

Vəzifə:  Yarımmüdafiəçi - Hücum edən yarımmüdafiəçi

Ayaq: cüt ayaq

2016-cı ildə "Real Madrid"in baş məşqçisi kimi fəaliyyətə başlayan Zidan 3 il dalbadal Çempionlar Liqasının qalibi olub. Qısa fasilədən sonra komandaya qayıdan Zidan 2021-ci ildə Real Madriddən ayrıldı. O, 1998, 2000 və 2003-cü illərdə FİFA tərəfindən "ilin oyunçusu" seçilib. Əfsanəvi futbolçular arasında adını qızıl hərflərlə yazan Zidan Bordo Juventus və Real Madrid komandalarında iz buraxıb. Zidan, həm də dünyanın ən yaxşı futbolçuları arasında sayıla biləcək bir addır.

5) Marsel Marko van Basten

Boy:  1.86

Mövqe: Mərkəz  hücumçusu

Ayaq:  Sağ ayaq

Hollandiyalı futbolçu Marko van Basten, xüsusilə, 1980-ci illərdə "Ayaks" və "Milan"da oynadığı oyunla yadda qalıb. Tarixin ən yaxşı hücumçularından biri hesab edilən Basten karyerası ərzində 277 qol vurub. 28 yaşında son oyununu keçirdikdən sonra futbol macərasını Ajax və Hollandiya millisini çalışdırmaqla davam etdirib.

6) Artur Antunes Koimbra – Ziko


Boy:  1.72

Vəzifə:  Yarımmüdafiəçi - Hücum edən yarımmüdafiəçi

Ayaq: Sağ ayaq

Hamımızın bildiyi kimi, Ziko əfsanəvi futbolçular dedikdə ağla gələn ən uğurlu futbolçulardan biridir. Futbol tarixinin ən unikal futbolçularından biri olsa da, “Ağ Pele” kimi tanınan Ziko futbolçu karyerasını bitirdikdən sonra məşqçi kimi əfsanə olmağa davam etdi.

7) David Beckham


Boy:  1.82

Vəzifə:  Yarımmüdafiəçi

Ayaq:  Sağ ayaq

Əfsanəvi futbolçular siyahısında digər ad olan David Beckham hazırda "İnter Mayami"nin prezidentidir. O, İngiltərə, İspaniya, ABŞ və Fransa liqalarının hər birində liqa titulları qazanan ilk ingilis oyunçusudur. 20 illik karyerasını 2013-cü ildə başa vuran David Paris Saint-Germain-də son oyununu keçirib.

8) Ronaldo Luis Nazario de Lima


Boy:  1.83

Mövqe:  Hücumçu – Mərkəz Hücumçu

Ayaq:  cüt ayaq

Bütün nəsil Ronaldonu təqlid etdi və saçlarını onun kimi düzəltdi. Braziliya millisinin üçüncü ən çox qol vuran futbolçusu olan Ronaldo millidə 98 oyuna çıxıb və ümumilikdə, 62 qol vurub. Onun futbol karyerası ərzində iz qoyduğu komandalar arasında PSV, İnter, Barselona və Real Madrid var. 

9) Zlatan İbrahimoviç


Boy:  1.95

Mövqe:  Hücumçu – Mərkəz Hücumçu

Ayaq:  cüt ayaq

Tarixin ən yaxşı hücumçularından biridir. İbrahimoviç karyerasına 1990-cı illərin sonunda başlayıb və 2001-ci ildə geyindiyi millinin forması ilə irəliyə doğru addım atıb. Daha sonra, 2010-cu ildə millinin kapitanlığına yüksəlib. Karyera pilləkənlərini bir-bir yüksələn İbrahimoviç tarixin ən bahalı ikinci futbolçusu kimi "Barselona"ya transfer olundu. Bundan əlavə, o, karyerası ərzində 32 kubokla ən çox kubok qazanan əfsanəvi futbolçular arasında öz izini qoyub.

10) George Weah


Boy:  1.84

Mövqe:  Hücumçu – Mərkəz Hücumçu

1985-2003-cü illər arasında oynadığı futbolla əfsanəvi futbolçular arasında adından bəhs etdirən George futbolçu karyerasından sonra siyasətə qədəm qoyub. O, 2018-ci ildə Liberiya prezidenti olub. Futbolçu karyerasında 1994-95 mövsümündə vurduğu qollarla UEFA Çempionlar Liqasının bombardiri olub. Afrikada Əsrin Oyunçusu Mükafatını alan Weah Liberiya millisində 60 oyunda çıxış edib.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et