Bu gün:

Stiven Kinqin uğur üçün 5 əsas qaydası


Stiven Kinq  bütün zamanların ən böyük qorxu və triller kitablarının müəllifidir. Şübhəsiz ki, öz biznesinin də ən yaxşılarından biridir. O həm də ən məhsuldar və intizamlı yazıçılardan biridir. Stiven Kinqin öz müsahibələrindən tərtib edilmiş uğur üçün 5 əsas qaydaya nəzər salaq.

1) Etdiyiniz işi sevin

Corc RR Martin və Stiven Kinqin bərabər olduqları müsahibədə Martin Kinqdən soruşdu: "Bu qədər kitabı necə tez yazırsınız?" 

Cavab Stiven Kinqin nizam-intizamında gizli idi. Kinq əlinə fürsət düşən kimi yazdığını və yazmağın onun üçün oyun olduğunu qeyd edir. "Bu işdən pul qazanmasaydım, pulsuz yaza bilərdim". Sonda “amma mən pul qazanmaq üçün yazmağı xoşlayıram” desə də, gəlin onun gördüyü işlərə olan sevgisinə diqqət edək.

2) Yeni fikirlər axtarın

"Düşünmə ki, yer üzündəki bütün ideyalar tapılıb. Yumurta kəşf edildi, sonra yumurtanın bişirilmə üsulları kəşf edildi. Bunun heç bir həddi yoxdur”.

3) Keçdiyiniz hər prosesi sevməyə çalışın

"Roman yazmaq qaranlıq yerdə tonqal yandırmağa bənzəyir. Romandakı personajlar kiçik ağac parçalarıdır və hamısı kiçik bir odda birləşdikdə böyük bir tonqal yaranır. Bu atəş yeni yaranan romanın özüdür. Bu prosesi düzgün aparmasanız, odu böyüdə bilməzsiniz”. Hansı bizneslə məşğul olursunuzsa olun, yalnız işinizin nəticəsinə diqqət yetirməklə heç bir yerə çata bilməyəcəksiniz. Kinq deyir ki, yalnız nəticəyə diqqət yetirmək yeməyin əvvəlindən şirniyyat haqqında düşünmək kimidir. Əsas yeməyi qaçırmayın.

4) Rədd edilməkdən qorxmayın, hər rəddən dərs alın

Kinqin "The Shining" kitabı böyük ekrana uyğunlaşdırılarkən onun öz ssenarisi Stenli Kubrick tərəfindən rədd edildi və Kubrikin düşündüyü ilə uyğun gəlmədi. Kinq deyir ki, minlərlə rədd cavabından sonra bu hadisə onu nə üzüb, nə də qəzəbləndirib. “Rədd olunmağa alışmalısan. Rədd edilmək oyunun bir hissəsidir. Əsas odur ki, onların hamısından nəsə öyrənməyə çalışaq".

5) İdeyaların sizə gəlməsini gözləməyin

"Məndən fikirlərin haradan gəldiyini soruşurlar. İdeyalar hardansa gəlmir, mən onlara gedirəm. Bircə onu bilirəm ki, oturub yazıram. İlk 10 dəqiqə ölü balığın qoxusunu hiss etmək qədər iyrəncdir. Sonra özümü sıxışdırıram və bu proses mənim üçün yeni macəraya çevrilir”.

Dünyanın ən məhsuldar yazıçılarından biri olan Stiven Kinq ideyaların ona gəlməsini gözləsə idi, yəqin ki, daha 204 cəlbedici əsər yarada bilməzdi. İdeyanın sizə gəlməsini gözləməyin. 

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et