Bu gün:

Necə daha özgüvənli ola bilərsiniz ?


Özünə güvənən insanlar həyatda daha xoşbəxt, işdə isə uğurlu olurlar. Bəs daha özgüvənli olmaq üçün nə etmək lazımdır ?

Özgüvənli insanlar məqsədləri üçün çalışır və onun həyata keçəcəyinə inanırlar. Nə qədər kiçik görünsələr də, hər bir uğurunuzu qeyd edin. Əldə etdiyiniz hər bir nailiyyət özünüzə və bacarıqlarınıza inamınızı artıracaq.

Başqalarını mühakimə etməyin

Başqalarını mühakimə etməkdənsə, onu xüsusi edən şeyləri tapıb həvəsləndirməyin yollarını tapın. Nəzərə almaq lazımdır ki, sizin edəcəyiniz bir kompliment qarşınızdakı insanın daha inamlı hiss etməsinə kömək edə bilər.

Yox deməyi öyrənin

İstəmədiyiniz bir şey barədə insanlara "yox" demək bir çox hallarda sağlam addımdır. Əgər ailənizlə həyata keçirməli planlarınız varsa, dostunuzun buna mane olmasına icazə verməli deyilsiniz. İstirahət gününüzdə dincəlmək istədiyiniz üçün kiməsə gəzintiyə çıxa bilməyəcəyinizi söylədiyiniz üçün özünüzü günahkar hiss etməli deyilsiniz. Həqiqətən də etmək istəmədiyiniz şeylərə yox deməyi öyrənin və "bu barədə düşünəcəyəm" və ya "sənə xəbər edəcəyəm" kimi ifadələrdən qaçın

Sözünüzü deməyi bacarın

Özünə güvənən insanlar danışmaqdan və fikirlərini bildirməkdən çəkinmirlər. Əgər paylaşacaqları dəyərli bir şey varsa, bunu əminliklə edirlər. 

Dinləmək üçün vaxt ayırın

Başqalarını dinləmək, xüsusilə, daha təcrübəli olanlardan yeni şeylər öyrənmək şansı verir. Bu, bilik əldə etməyə və inam səviyyənizi artırmağa kömək edə bilər. Başqalarını fəal şəkildə dinləmək və onlara diqqət yetirməklə daha faydalı əlaqələr qura bilərsiniz.

Səhv etməkdən qorxmayın

Özünə güvənən insanlar səhv etməkdən qorxmurlar. Əksinə, onlar səhv edərək öyrənirlər. Qəbul etmək lazımdır ki, hər kəs, hətta özünə güvənən insanlar da bəzən səhv edə bilirlər.

Mənbə: indeed

Tərcümə etdi: Gülay Orucova

Paylaş
Şərh əlavə et