Bu gün:

Yeniyetmələrlə ünsiyyəti yaxşılaşdıracaq tövsiyələr


Valideynlərin üzləşdiyi bir çox çətinliklər arasında yeniyetmə övladı ilə ünsiyyəti yaxşılaşdırmaq ən başlıca problemlərdən ola bilər. Uşaqlarınızla ünsiyyət nəzərə alınmalı vacib amildir. Böyüyən uşaqların "böyük" davranışı göstərməsi gözlənilir, lakin onlar hələ də uşaqdırlar və bu sizi məyus etməməlidir.

Uşaqlar hələ yetkin olmadıqlarına görə onların valideynlərinin rəhbərliyinə ehtiyacları var.

Problemlərini soruşun

Uşağınızla ünsiyyəti yaxşılaşdırmaq üçün ən vacib addım onun etdiyi hərəkətlərin həmişə şəxsiyyətini əks etdirmədiyini xatırlamaqdır. Hamımız peşman olduğumuz, etməməli olduğumuz şeyləri edirik və geri qaytarmağı arzulayırıq. Bununla belə biz bu səhvlərə görə əbədi olaraq mühakimə olunmaq istəmirik, nə də yeniyetmələr. Əgər uşağınız bəyənmədiyiniz bir şeyi edirsə, onunla bu barədə danışın.

Onları dinləyin

Uşağınız sizinlə danışmaq istəyəndə onu rədd etməyin və sözünü kəsməyin. Müzakirə etmək istədiyiniz bir şeyə uyğun olmaya bilər, ancaq kiçik şeylərə maraq göstərməsəniz, böyük şeylər haqqında sizə müraciət etməyəcəklər. Əgər uşağınız sizinlə aranızda yaranan problemi müzakirə etmək istəyirsə, onun nöqteyi-nəzərini dinləyin. Dərhal rədd etmədən öz fikirlərini ifadə etmələrinə və dinləmələrinə icazə verdiyinizi bilmək, onlara hörmət etdiyinizi hiss etdirəcək və qərarınızı qəbul etmək ehtimalı daha yüksək olacaq. 

Kimləsə müqayisə etməyin

Heç bir yeniyetməni qardaşı və ya dostu ilə müqayisə etmək qədər narahat etmir. Bütün uşaqlar bir-birindən çox fərqlidirlər. Müqayisə etsəniz, bacı-qardaş və ya dostlar arasında narazılıq yarada və onların münasibətlərinə xələl gətirə bilərsiniz. Hər hansı bir müqayisə xüsusən də bacı-qardaşlar arasında onları sizin sevginiz üçün yarışmağa vadar edir ki, bu da yalnız zərər verə bilər.

Unutmayın ki, hər kəs mükəmməl insan obrazına sahib olsa da, əlbəttə ki, qüsurları ola bilər. Rəqabət edən valideynlərə baxaraq ifrata varmayın. Onları nifrət etdikləri və bəyənmədikləri bir şeyi etməyə məcbur etməyin. Özlərinə və başqalarına zərər verməmək şərti ilə onlara öz yollarını və öz şəxsiyyətini tapmağa icazə verin.

Yox deməyi də bacarın 

Uşağınızla nə qədər yaxşı ünsiyyət qurmağınızdan asılı olmayaraq, “yox” deməyi də bilməlisiniz. Uşaqlarınıza bəzi məsələlərdə qərarlı olduğunuzu göstərməlisiniz. "Xeyr" deyəndə “mən sənin ananam, nə desəm odur” deməyin və uşağa da belə hiss etdirməməyə çalışın. 

Mənbə: Hürriyet 

Tərcümə etdi: Nuran Əhmədzadə 






















Paylaş
Şərh əlavə et