Bu gün:

Azərbaycanlı idmançılar Qazaxıstanda 18 medal qazandılar


26-28 iyul tarixində Qazaxıstanın Aktau şəhərində taekvondo üzrə “Jhas-Batur” Açıq Respublika Turniri keçirilib. Yarışda Azərbaycanın “Ümid, “Fərasət” və “Təhsil” klublarından 18 idmançı iştirak edib. Baş məşqçi Ümid Taekvondo Klubunun rəhbəri, Avropa Çempionu İlkin Şahbazovun rəhbərliyi ilə azərbaycanlı idmançılar 23 iyul tarixində Aktau şəhərinə gedib daimi yarış hazırlıqlarını tamamladılar.

26 iyul idmançılarımız 10 qızıl, 3 gümüş və 5 bürünc medalla yarışı tamamladılar. Bu uğur onların əzmli çalışmasının nəticəsidir.  

Qızıl medal- İsmayıllı Mehriban, Mürvətov Əhməd, Azayeva Esmanur, Şahbazov Ümid, İsmayıllı Dəniz, Məmmədzadə Coşqun, Hüseynov Yunis, Dostuyev Bahadur, Əliyeva Gülay, Mehdi Budaqlı

Gümüş medal- Abışov Amin, Səmədov Rəsul, Məmmədov Hüseyn

Bürünc medal- Qafarzadə  Selin, Babapur Akel, Mürvətova Nərmin, Mehdiyev Əli, Məhərləmli Fuad  


Gülnisə Əfkari

Paylaş