Buğdanın boz sxemlərlə ölkəyə idxalı və ixracı təhlükəsi qalmaqdadır.

Qazaxıstan hökuməti buğdanın bütün növ nəqliyyat vasitələri ilə idxalına qadağaları bu ilin sonuna qədər uzadıb, hökumətin mətbuat xidməti bildirib.
"Qazaxıstan ərazisinə bütün növ nəqliyyat vasitələri ilə buğda idxalına qoyulan qadağa bu ilin sonunadək uzadılır. Buğdanın boz sxemlərlə ölkəyə idxalı və onun ixracı təhlükəsi hələ də qalır. Taxıl biçini ilə bağlı proqnozlar da nəzərə alınıb ki, bu da Qazaxıstanda ötən illə müqayisədə daha yüksək olacağı gözlənilir”, - deyə mətbuat xidmətindən bildirilib.
Ölkədə buğda idxalına müvəqqəti qadağa 2024-cü il aprelin 12-dən qüvvəyə minir.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
