Bu gün:

Labirəntdən necə çıxmaq olar?


Klassik bir labirintdə ilişib qalmısınızsa, sizi ən qısa zamanda oradan çıxaracaq üsul; sağ əlinizlə divara toxunmaq və əlinizi qaldırmadan yeriməyə davam etməkdir. Heç vaxt sağınızdakı divarı tərk etməməklə yolunuzu tapdığınız üçün hər kəsişmədə etdiyiniz bütün dönüşlər sağa olacaq.

Sürprizlər və fəndlərlə dolu labirintlər, gəzinti zamanı daha qısa yol tapdığınızı göstərir. Bütün bu fəndlər vizual olaraq hazırlandığından, gördüklərinizin sizi aldatmaması üçün gəzinti zamanı gözlərinizi yummağınız məsləhətdir. Ancaq bu çıxış üsulu yalnız klassik labirintlər üçün keçərlidir. Bu texnikanı məğlub etmək üçün xüsusi olaraq hazırlanmış labirintlər də var.

Sağ əllə vurma texnikası işə yaramadısa, başqa bir labirintdəsiniz. Bu halda sizə “Tremaux Qaydası” adlı texnika lazım olacaq: yolun hər çəngəlində ürəyinizdən keçən hər hansı istiqaməti seçin və davam edin, gerini izləyin, əgər çıxılmaz nöqtəyə və ya daha öncə keçdiyiniz bir yola gəlmədinizsə, oradan davam edin.

Mənbə: Popsci

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et