
“CrowdStrike proqram təminatı firmasının səhv yeniləməsi nəticəsində Microsoft Azure bulud xidmətinin geniş şəkildə kəsilməsi Windows əməliyyat sistemləri əsasında işləyən təxminən 8,5 cihaza təsir edib”-, deyə Microsoft bloq yazısında bildirib.
İyulun 19-da Windows əməliyyat sistemində baş verən kütləvi fasilə bütün dünyada bank, hava yolları, media və bir çox digər sənaye şirkətlərinin fəaliyyətini dayandırıb. Problemlər ABŞ, Avstraliya, Hindistan, Böyük Britaniya və Avropa İttifaqında bir çox bank və şirkətlər tərəfindən bildirilib.
"Hazırda hesab edirik ki, CrowdStrike yeniləməsi 8,5 milyon Windows cihazına və ya bütün Windows maşınlarının bir faizindən azına təsir edir. Faiz kiçik olsa da, geniş iqtisadi və sosial təsirlər kritik xidmətlərlə məşğul olan müəssisələr tərəfindən CrowdStrike-dən istifadəni əks etdirir”,-şirkət bildirib.
Hesabatda qeyd olunur ki, Crowdstrike Microsoft-a baqaj yeniləməsi üçün düzəlişi sürətləndirəcək bir həll hazırlamağa kömək edib.
ABŞ-da yerləşən informasiya təhlükəsizliyi həllərinin tərtibatçısı olan Crowdstrike, CNBC-yə antivirus proqramının ən son yeniləməsi ilə Windows səhvləri arasında əlaqənin olduğunu təsdiqlədi. Şirkət əmin etdi ki, mütəxəssislər proqram təminatını əvvəlki versiyaya qaytarmaq üçün çalışırlar.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
