Nyu-Yorkda Sotheby's hərracında böyük bir dinozavrın skeleti 44,6 milyon dollara (34 milyon funt-sterlinq) satılıb - bu, indiyə qədər bir fosil üçün ən çox ödənilən skeletdir.

Apex ləqəbli bitki yeyən steqosaurus 11 fut hündürlükdə, burundan quyruğa qədər 27 fut uzunluqdadır və "bu günə qədər tapılmış ən mükəmməl skeletlər arasında yüksək yer tutur"- Sotheby’s deyir.
O, anonim bir alıcıya satıldı: "Apex Amerikada anadan olub və Amerikada qalacaq" - bu, ABŞ təşkilatına borc verilə biləcəyinə işarə olaraq görülür.
Apex 2022-ci ildə ABŞ-ın qərbindəki Kolorado ştatında uyğun adlandırılmış Dinozavr şəhəri yaxınlığında bir paleontoloq tərəfindən təsadüfən kəşf edilib.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
