Samsung Galaxy S25 Ultra-nın dizaynı ilə bağlı yeni məlumatlar paylaşılıb. Ice Universe tərəfindən edilən iddiaya görə, telefon asimmetrik dizayna sahib olacaq. Cənubi Koreya texnologiya nəhəngi Samsung-un gələn ilin əvvəlində elan edəcəyi Galaxy S25 Ultra modeli ilə bağlı diqqətəlayiq bir inkişaf oldu. Smartfon sənayesinin etibarlı sızma mənbələrindən biri olan Ice Universe, qarşıdan gələn telefonun dizaynı haqqında diqqətəlayiq məlumatları paylaşdı .
Ice Universe tərəfindən edilən yeni açıqlama, Galaxy S25 Ultra-nın dizaynında daha çox dəyişikliklər görəcəyimizi ortaya qoyur. Ice Universe tərəfindən edilən iddiaya görə, Samsung Galaxy S25 Ultra asimmetrik dizayna sahib olacaq. Bu asimmetrik dizayn çərçivəsində telefonun arxa hissəsi nisbətən əyri, ön tərəfində isə daha sərt xətlər olacaq. Samsungun daha yaxşı tutuş hissi təmin etmək üçün belə bir dizayn edəcəyi düşünülür.
Samsung Galaxy S25 Ultra texniki və dizayn xüsusiyyətləri baxımından Galaxy S24 Ultra-dan çox da fərqlənməyəcək. Şirkət hər il olduğu kimi bu il də yeni telefonunda ən yüksək səviyyəli funksiyalardan istifadə edəcək. Və əlbəttə ki , 2025-ci il flaqman telefonunda görünən detallar arasında daha yaxşı kamera quraşdırması olacaq.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova