Bu gün:

Borrell hesab edir ki, gələcəyin ordusu "insanları yenidən proqramlaşdırmaq" ilə qurulmalıdır


Gələcəyin ordusu döyüş meydanında deyil, informasiya və kiberməkanda fəaliyyət göstərməli olacaq. Ölkələr “insanların yenidən proqramlaşdırılması” üzərində işləməlidir. Bu barədə NATO İctimai Forumunda çıxış edən Aİ-nin Ali Nümayəndəsi Cozef Borel bildirib.

"Bizə fərqli ordu lazımdır. Bizə şəbəkəni izləyən və baş verənləri izah edən, dinləyiciləri yenidən proqramlaşdıran, düzgün məlumat verən insanlar lazımdır ki, seçki proseslərinə müdaxilənin qarşısını alsın".

Borrell diqqəti fiziki döyüş meydanında deyil, insanların şüurunda aparılan koqnitiv müharibəyə yönəltməyə çağırıb.

"Bizə bomba atmaq və tanklar göndərmək lazım deyil, xəbərlər göndərmək, kiber məkanı işğal etmək lazımdır. Və Aİ bu sahədə çox şey edir".

O, AB-nin Afrikadakı koqnitiv müharibədə məğlubiyyətini nümunə kimi göstərib.

"Afrika dövlətlərinə səyahət etsəniz görərsiniz ki, Afrikada insanlar Putini dəstəkləyir. Deyirlər: Putin Donbası xilas etdi, indi Afrikaya gələcək və onu da xilas edəcək".

“Belə münasibətin arxasında hansı intellektual proseslər dayanır? Borrell görünən çaşqınlıqla soruşdu, öz pozası və tonu ilə belə bir qavrayışın onu dərindən çaşdırdığını göstərdi.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et