Bu gün:

X hələ də Maskın onu aldığı səviyyədədir


İlon Maskın X (Twitter) aldıqdan sonra istifadəçi sayını nə qədər artırdığı bəlli oldu.

Yeni hesabat X-in gündəlik aktiv istifadəçilərinin sayını açıqlayıb. Məlumatlara görə, Elon Musk vəzifəyə gəldikdən sonra platforma demək olar ki, nə böyüyüb, nə də kiçilib.
X (keçmiş Twitter) 2022-ci ilin sonunda İlon Maskın rəhbərliyinə keçdi. O vaxtdan bəri platformada, xüsusən də yeni adda bir çox böyük dəyişikliklər gördük. Bəs Maskın rəhbərliyi altında təxminən 2 illik müddət platformaya necə təsir etdi?

Financial Times tərəfindən paylaşılan yeni hesabat , Mask vəzifəyə gəldikdən sonra X istifadəçilərinin sayında dəyişiklik olduğunu ortaya qoydu. Məlumatlar işlərin yaxşı getmədiyini göstərdi. Financial Times-ın məlumatına görə, 2024-cü ilin ikinci rübündə X-in gündəlik aktiv istifadəçilərinin sayı 251 milyona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə (2023-cü ilin ikinci rübü) cəmi 1,6% artım deməkdir. Başqa sözlə, platforma bir il ərzində yalnız 4 milyon abunə artdı. Hələ kiçik bir artım olsa da, məlumatlar X-in 2 illik dövrdə böyüməsini dayandırdığını və 250 milyon ətrafında ilişib qaldığını göstərir. 

Deyə bilərik ki, X hələ də Maskın onu aldığı səviyyədədir. Heç bir irəliləyiş əldə olunmayıb. Hətta düşdüyünü də demək olar. Platformanı aldıqdan bir ay sonra Musk, 2022-ci ilin noyabrında aktiv istifadəçilərin sayının 259 milyona çatdığını göstərən bir paylaşım etdi. İndiki 251 milyon məlumat onun azaldığını göstərir. 2024-cü ilin ikinci rübündə 251 milyon istifadəçinin sayı Maskın alınmasından təxminən bir həftə əvvəl, 16 oktyabr 2022-ci ildəki ilə eynidir. Bu nəticələr təəccüblü deyil. Musk vəzifəyə gəldikdən sonra platformada həyata keçirilən dəyişikliklər (məsələn, bir çox funksiyaların ödənilməsi) istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Eyni zamanda ad dəyişikliyi də çoxluğu sevindirməyib. Platformanın hansı yolu tutacağını və bu vəziyyəti xilas edib-etməyəcəyini zaman göstərəcək. Bununla belə, hələlik işlərin Maskın istədiyi kimi getmədiyini söyləmək olar.

Mənbə: Webtekno
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et