Bu gün:

Tələbələrin işlərinə yarayacaq bir neçə veb-sayt


Yeni bir tələbə olaraq, bir çox məlumatları olduqca tez öyrənməli olacaqsınız və ya verilən tapşırıqları vxt itirmədən yerinə yetirməlisiniz. Biz də sizlər üçün bu tip işlərinizi rahatlaşdıracaq bir neçə sayt təqdim edirik.


Aşağıda tələbə həyatını ilk gündən bir qədər asanlaşdırmağa kömək edəcək faydalı tələbə veb-saytlarının və onlayn resursların siyahısı verilmişdir.

LifeHacker.co.uk

LifeHacker istifadəçilərinə müasir dünyada həyatda kömək etmək məqsədi daşıyır. Populyar etiketlərə 'Məhsuldarlıq', 'Pul' və 'DIY' daxildir.

MentalFloss.com

MentalFloss qida, mədəniyyət və elm kimi mövzuları əhatə edən dünyanın hər yerindən maraqlı faktları öyrənmək üçün yaxşıdır.

UnplugTheTV.com

Bu tələbə resursu maraqlı elmi mövzularda təsadüfi videolar təqdim etməklə, TV-yə alternativ hesab edilir.

Sleepyti.me

Bu sayt sizə müəyyən bir saatda oyanmaq məcburiyyətindəsinizsə, yatmaq üçün ən yaxşı vaxtları izah edir ki, bu da tələbə həyatı üçün çox faydalı bir vasitədir. Sleepyti.me səhərlər yorğunluqdan əziyyət çəkənlərə böyük ölçüdə kömək edə bilər.

KeepMeOut.com

Təhsil alacağınız zaman sosial mediadan uzaq durmaqda çətinlik çəkirsinizsə, diqqəti yayındıran bəzi saytları bloklamaq üçün KeepMeOut-dan istifadə edin.

EdX.org

Edx dünyanın aparıcı MOOC platformalarından biridir. MOOCs (kütləvi açıq onlayn kurslar) öyrənmək istəyən hər kəsə pulsuz təklif olunur. Digər əsas MOOC provayderlərinə Udacity.com, AcademicEarth.org və.s daxildir.

Coursera.org

Coursera sizə təhsilinizi bəzi əlavə biliklərlə tamamlamağa imkan verən geniş akademik öyrənmə tərzini əhatə edir.

Recipepuppy.com

RecipePuppy evdə olan inqrediyentlər əsasında reseptlər axtarmağa imkan verir. Tənbəl tələbələr, sevinin.

 Instructables.com

Nəsə bir şey bişirməyi, hazırlamağı, təmir etməyi və.s sevirsinizsə, bu ən faydalı onlayn tələbə resurslarından biridir. Siz spagetti dondurmasının hazırlanmasından tutmuş sınıq rəfin necə düzəldilməsinə qədər hər şeyi öyrənə bilərsiniz.

Son Sağlamlıq Qida Bələdçisi

Bu bələdçi tələbə həyatı boyu özünüzü yorğun, stresli və ya xəstə hiss etdiyiniz zamanlar üçün xilaskar olacaq. Xəstəliyiniz nə olursa olsun, canlılığınızı artırmaq üçün hansı qidaların mütləq qəbul edilməsi bu saytda mövcuddur.

WebMD.com


WebMD simptom yoxlayıcısından istifadə edərək cari sağlamlıq vəziyyətinizi yoxlamağa imkan verir. Bu resurs hipokondriyaklar üçün əla olsa da, o əsl həkimin biliyini əvəz etmir. Əgər, həqiqətən dən, narahatsınızsa, ya həkiminizə, ya da universitetinizin sağlamlıq mərkəzinə baş çəkin.

Mənbə: Topuniversities

Tərcümə etdi: Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et