Bu gün:

Gəzən ölülər sindromu (Kotard Sindromu)


Ədəbiyyatda gəzən ölü sindromu və ya yeriyən cəsəd sindromu adlanan bu neyro-psixoloji xəstəliyin adı Kotard sindromudur. Kotard Sindromu ilk dəfə Jules Kotard tərəfindən "délire des negations" və ya mənfi deliriumlar kimi təsvir edilmişdir. Bu, xəstələrin ölü, mövcud olmayan, qüsurlu və ya həyati vacib orqanlarını itirdikləri düşüncələri ilə qarşılaşdıqları psixi pozğunluqdur.

Gəzən ölü sindromu sadəcə olaraq "varlığın inkarı" kimi müəyyən edilə bilər. Bəzən bu, günahkarlıq, narahatlıq və mənfilik əlamətləri ilə müşayiət olunur. Bəzi insanlar daxili orqanlarının qurdlu, çürük olduğunu, daxili orqanlarında və bədənlərində qan olmadığını deyirlər. Paradoksal olaraq bəzi xəstələrdə ölümsüzlük düşüncələri ola bilər. Tədqiqatlar göstərir ki, bu xəstəliyə daha çox depressiyadan əziyyət çəkən yaşlı xəstələrdə rast gəlinir. 

Xəstəliyin şikayətləri arasında bunlar var:

- Bədəndə qurd hissi

- Çürük ətin qoxusunu alma

Kotard sindromundan əziyyət çəkən bəzi xəstələr artıq ölü olduqlarını düşünərək yeməkdən məhrum olduqları üçün aclıqdan ölürlər. Xəstələr də intihara və özünə zərər verməyə cəhd edirlər.

1788-ci ildə təbiətşünas Çarlz Bonnet gəzən ölü sindromunun ilk hallarından birini qeyd edir. Yaşlı qadın şam yeməyi hazırlayarkən qəfildən bədəninin bir hissəsi iflic olur. Hiss etmək, hərəkət etmək və danışmaq qabiliyyətini bərpa etdikdən sonra qızlarından kəfənə bürünüb onu tabuta qoymağı xahiş edir. O istəyir ki, qızları və dostları onunla günlərlə ölü kimi davransınlar. Nəhayət, onu kəfənə büküb yatırır, mərsiyə oxuyurlar. Aylarla müəyyən otlar və qiymətli daşlarla müalicə olunduqdan sonra bu sindrom aradan qalxır. Təxminən 100 il sonra fransız nevroloq Jül Kotard qeyri-adi bir şikayətlə qarşılaşır.

Xəstəsi Mademoiselle X Kotardın qeydlərinə görə, "o, beyni, əsəbləri, döş qəfəsi, mədəsi və bağırsaqlarının olmadığını, lakin onun da ölməz olduğunu və əbədi yaşayacağını söylədi. Ölməz olduğunu düşünərək yeməyə ehtiyac duymadı və tezliklə aclıqdan öldü”. Kotardın bu qadın haqqında tibbi təsviri geniş yayılmış və təsirli idi. Bu pozğunluq, nəticədə, onun adı ilə çəkilməyə başladı.

Gəzən ölü sindromunun başqa bir nümunəsi aşağıdakılardır:

1) 2008-ci ildə Nyu Yorklu psixiatr 53 yaşı olan Li adlı xəstənin öldüyünü xatırladıb və ondan çürük ət iyi gəldiyindən şikayətlənib. Bu xəstə ailəsinin digər ölülərlə birlikdə olmasına icazə verdikdə onu meyidxanaya aparmalarını xahiş etdi. Ailəsi onu xəstəxanaya aparmaq əvəzinə, 911-ə zəng etdi. Li psixiatriya şöbəsinə göndərildi, bir ay dərman qəbul etdikdən sonra sağaldı.

2) Yunan psixiatrları 2003-cü ildə kəllə sümüyünün içində beyin olmadığına inanan bir insanla qarşılaşdılar. Bu şəxs əvvəlcə yaşamağın mənası olmadığını düşünərək intihara cəhd edib, sonra isə müalicə olunmadan işə qayıdıb. Bir müddət sonra o, bu dəfə beyinsiz doğulduğunu iddia edib. Aylarla müalicədən sonra yaxşılaşıb.

Son zamanlar qorxu filmləri və ya psixoloji serialların mövzusu olan bu sindrom psixologiya aləmində hələ də öz qüvvəsini saxlayır.

Mənbə: ceotudent.com 

Tərcümə etdi: Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et