Bu gün:

İlk Avroviziya mahnı müsabiqəsi nə zaman olub?


İlk Avroviziyanım nə vaxt keçirildiyini və onu kim yaratdığını bilirdinizmi? 

Avroviziya Mahnı Müsabiqəsi nədir?

Avroviziya mahnı müsabiqəsi illik mahnı müsabiqəsidir. Bir çox ölkələr bunu televiziya verilişləri ilə nümayiş etdirir.


Avroviziyanı kim yaradıb?

İsveçrənin ictimai televiziyasının baş direktoru Marsel Bezençon müsabiqəni İtaliyanın "Sanremo Musiqi Festivalı"nın modeli əsasında icad edib və ilkin mərhələdə əsasən Avropadan olan sənətçilər çıxış edib. Bununla belə, müsabiqə o vaxtdan bəri 50 ölkəyə yayılmışdır. (2019-cu ilə qədər). Bundan əlavə, siz Avrovizyada iştirak etmək üçün müəyyən tələblərə cavab verməlisiniz.


İlk Avroviziya Mahnı Müsabiqəsi nə vaxt keçirilib?

İlk Avroviziya Mahnı Müsabiqəsi 1956-cı il mayın 24-də İsveçrənin Luqano şəhərindəki Kursaal teatrında baş tutub. O, ilk Akademiya Mükafatlarından (Oskar) 27 yaş böyükdür. Baş mükafat uğrunda 7 ölkə mübarizə aparıb: Almaniya, Belçika, Fransa, İtaliya, Lüksemburq, Hollandiya və İsveçrə. Bundan əlavə, Avstriya, Danimarka və Böyük Britaniya iştirak etmək istəsələr də, son qeydiyyat tarixinə çata bilməyiblər və bitərəf qalıblar. Ancaq, hər üçü tədbiri yayımlayıb.


İlk Avroviziya Mahnı Müsabiqəsinin qalibi kim olub?

İlk Avroviziyanın qalibi ev sahibi İsveçrədən olub. Lys Assia "Refrain" mahnısı ilə müsabiqənin qalibi olub.


Mənbə: Fikrikadim

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et