Bu gün:

Patriarx Kirill pravoslav kilsəsinin səylərini dəstəklədiyinə görə Putinə təşəkkür edib


Patriarx Baş nazir Mixail Mişustinə ünvanladığı təbrik məktubunda, həmçinin onların qarşılıqlı fəaliyyətinin insanların həyatında mərhəmət və məhəbbət ideallarını təbliğ etməyə və cəmiyyətdə sülh və harmoniyaya töhfə verməyə davam edəcəyinə ümid etdiyini bildirib.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rusiya prezidenti Vladimir Putini xristianlığın əsas bayramı olan Pasxa bayramı münasibətilə təbrik edib, ona Rus Pravoslav Kilsəsinin mənəvi-əxlaqi dəyərlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə verdiyi dəstəyə görə təşəkkür edib:

“Rus Pravoslav Kilsəsinin fəaliyyətinə sarsılmaz marağınıza, eləcə də davamlı mənəvi-əxlaqi dəyərlərin, vətənpərvərlik tərbiyəsinin və cəmiyyətdə birliyin möhkəmləndirilməsinə yönəlmiş müxtəlif səylərdə fəal dəstəyə görə Sizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm”.
Rus Pravoslav Kilsəsinin saytında yüklənən təbrikdə deyilir: Xalqımız Rusiyanın həqiqi suverenliyini möhkəmləndirir”.

Baş nazir Mixail Mişustinə ünvanladığı təbrik məktubunda Patriarx həmçinin ümid etdiyini bildirib ki, onların qarşılıqlı fəaliyyəti insanların həyatında mərhəmət və sevgi ideallarını təbliğ etməyə və cəmiyyətdə sülh və harmoniyaya töhfə verməyə davam edəcək.

Bu il bütün dünyada pravoslav dindarlar Pasxa bayramını mayın 5-də qeyd edirlər.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et