Bu gün:

İndoneziyada vulkanın yaratdığı fəsadlar


İndoneziya hökumətinin məlumatına əsasən Ruanq vulkanının püskürmələri gələcəkdə adada yaşamanın təhlükələri ilə bağlı narahatlıqları artırdıqdan sonra təxminən 10,000 sakini daimi olaraq köçürüləcək. 

Səlahiyyətlilər bu həftə vulkanın həyəcan vəziyyətini ən yüksək səviyyəyə qalxdığına görə Manado əyalətinin hava limanını bağlayıb, həmçinin lavanın ətrafdakı su hövzələrinə töküləcək təqdirdə sunami təhlükəsi barədə xəbərdarlıq edib.

Köçürülmələri asanlaşdırmaq üçün Bolaang Monqondov bölgəsində yüzlərlə "sadə, lakin qalıcı" evlər tikiləcək, İnsan İnkişafı üzrə Koordinasiya Naziri Muhadjir Effendy Nazirlər Şurasının iclasında vulkan haqqında müzakirələr etdi. 

Pezident Coko Vidodo: "Biz fəlakət standartlarına cavab verən evlər tikəcəyik" və əlavə edib ki, ərazi Ruanq adasından təxminən 200 km (125 mil) məsafədə yerləşir.

İndoneziya çoxlu tektonik plitələrin qovuşduğu yüksək seysmik aktivlik sahəsi olan "Sakit Okean Atəş Halqası" adlanan ərazidə yerləşir.

Mənbə: CNN

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et