Bu gün:

Hıdırellez nədir və nə vaxt qeyd olunur?


Hıdırellez və ya Hıdrellez Anadolu və Balkanlarda, Orta Asiya və Yaxın Şərqdə qışın sonunda qeyd edilən bayramlardan biridir.

Türkiyədə Hıdrellez festivalı mayın 5-dən 6-na keçən gecə qeyd olunur. Hıdrellezə Ruz-ı Hızır (Hızır Günü) də deyilir. Mayın 6-dan noyabrın 7-dək olan dövr Hızır günləri adlanan yay mövsümünü, noyabrın 8-dən mayın 5-dək olan dövr isə noyabr günləri adlanan qış mövsümünü təşkil edir. Odur ki, mayın 5-də axşam qış fəsli başa çatır və isti yay günləri başlayır. Bu bayramı coşqu ilə qeyd etmək, birlik və həmrəyliyi vurğulayacaq süfrələr açmaq adət-ənənələrdəndir. Qaraçılar mayın 5-6-nı Kakava bayramı kimi qeyd edir, Ədirnə kimi şəhərlərdə isə Kakava festivalları keçirilir. 

Miladi təqvimlə mayın 6-na təsadüf edən Hıdrellez, Rumi təqvimi olaraq da bilinən köhnə Julian təqviminə görə aprelin 23-üdür. Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Hıdrellezi 2017-ci ildə “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısı”na daxil edib. YUNESKO sənədində "Bahar Şənliyi" olaraq təyin olunan Hıdrellezin keçmiş Yuqoslaviya Respublikası Makedoniya və Türkiyə tərəfindən irəli sürüldüyü və bu bayramın "Hıdırellez, Hızır-İlyas, Ederlezi, Türkiyədə Kakava, Haftamal, Eğrilce, Eğrice”. 

Sənəddə “Hıdrellez” sözünün “Hıdır” və “İlyas” sözlərindən əmələ gəldiyi və onların hər il mayın 6-da yer üzündə görüşən, torpağı, suyu qoruyan, insanlara kömək edən müqəddəs insanlar olduğu güman edilir. Hıdırellezin mənşəyi ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bunlardan bəziləri Hıdırellezin Mesopotamiya və Anadolu mədəniyyətlərinə aid olduğunu göstərir. Bəziləri isə onun İslamdan əvvəlki Orta Asiya türk mədəniyyətinə və inanclarına aid olduğunu deyirlər. Arzu etmək və odun üzərindən tullanmaq bayramlar zamanı ən çox görülən işlərdəndir.


Mənbə: BBC

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et