Bu gün:

Həmas sözçüsü Qahirədə Qəzza müzakirələrində indiyədək çox az irəliləyiş əldə olunduğunu bildirib


Qrupun sözçüsü Qahirədə Həmas və İsrail arasında dolayısı danışıqların indiyədək heç bir irəliləyiş olmadığını və mayın 5-də yenidən başlayacağını bildirib.


Al Hadath televiziyasının məlumatına görə, sözçü deyib: "Qahirədə vasitəçilər ilə bugünkü danışıqlar heç bir ciddi dəyişiklik gətirməyib. Sabah yeni tur olacaq."

Əl Hadath şənbə günü bir müddət əvvəl bildirmişdi ki, Həmas İsraillə Qəzza zolağının nizamlanması sazişinin birinci mərhələsi çərçivəsində 33 girovu azad etməyə razılaşıb.

Misirin Səda əl-Bələd televiziyası bildirib ki, Misir paytaxtında keçirilən danışıqlarda iştirak edən ABŞ və İsrail nümayəndələri gələcək danışıqların müvəqqəti atəşkəsin yaradılması və Qəzzada saxlanılan girovların azad edilməsinə dair mümkün razılaşmadan sonra aparılacağına inanırlar. “Yekun razılaşmanın əldə edilməsi daha bir neçə günlük dialoq tələb edəcək”,- hesabatda deyilir.

Televiziya kanalının məlumatına görə, Qahirədə danışıqlar aparan şəxslər potensial sazişin texniki aspektləri üzrə irəliləyiş əldə ediblər. Amma hətta Həmas ona əvvəllər təqdim edilmiş təklifi qəbul etsə belə, danışıqların bəzi iştirakçılarının fikrincə, konkret detalların razılaşdırılması üçün vaxt lazım olacaq və bu, sonda atəşkəsə gətirib çıxaracaq. Hesabata görə, müzakirələr uzanan və çətin ola bilər.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et