Bu gün:

​Yunanıstanın Naxos adasındakı böyük su anbarı quruyub


Yunanıstanın Naxos adasındakı böyük su anbarı quruyub, ada artıq yalnız onun palçıqlı sahilini gəzən tısbağalar üçün faydalıdır. Üstəlik dənizin aşağı axınından su boş suvarma quyularına sızaraq adanın qiymətli kartof məhsuluna ziyan vurur.

Karpatos adasında səlahiyyətlilər hovuzların doldurulmasına məhdudiyyətlər qoyub, Tasosun şimal adasında isə dəniz suyunu içməli hala gətirmək üçün suyun sterilizasiya prosesinə başlanılıb.

Yunanıstanın əksər ərazilərinə aylardı yağış yağmır. İndi, ölkə rekord sayda yay turistini qəbul etməyə hazırlaşarkən, su təchizatındakı gərginlik  rəsmiləri narahat edir. 

Hər il milyonlarla turist Yunanıstanın qədim yerlərindən, təmiz çimərliklərindən və firuzəyi sularından həzz almaq üçün bu ölkəyə gəlir.
Lakin iqlim dəyişikliyinin təsirləri, o cümlədən yüksək temperatur, nizamsız yağışlar və meşə yanğınları ölkənin ən böyük iqtisadi gəlir yerini təhdid altına alır. 

İqlim mütəxəssisləri qorxurlar ki, ən pisi hələ qarşıdadır. Kopernik Fövqəladə İdarəetmə Xidmətinin Avropa və qlobal quraqlıq rəsədxanasının koordinatoru Andrea Toreti düşünür ki, quraqlığın təsirlərinin bu qədər ciddi olduğu görüləndən sonra hərəkətə keçmək üçün çox gecdir.

Mənbə: Reuters

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et