Bu gün:

Süni intellekt "insan yoxlama testindən" keçə bilib


Bu yeni süni intellekt dil modelləri hər gün bizi təəccübləndirməyə və bəzən də qorxutmağa davam edir.
Son həftələrdə Microsoft Bing süni intellekt mühərriki ilə edilməsi lazım olanları edib və istifadəçilərə pulsuz olaraq "vizual skan etmə" funksiyasını açıb.

CAPTCHA testi nədir və süni intellektin bu testdən keçməsi nə üçün vacibdir?

CAPTCHA testləri vebsaytlara daxil olmaq istəyən istifadəçilərin insan olub-olmadığını yoxlamaq üçün istifadə edilən təhlükəsizlik tədbirləridir. Bu testlər; Tez-tez bizdən şəkilləri, səsləri və ya mətni tanımağı tələb edir. 

Ancaq bu testləri bu qədər vacib edən şey; Məlumat oğurlayan botları, saxta hesabları, spam botları və hətta onlayn oyunlarda fırıldaq etmək üçün nəzərdə tutulmuş botların və daha çoxunun məqsədlərinə çata bilməməsini təmin etməkdir.

Beləliklə, veb-saytlar istifadəçilərdən həqiqi insanlar olduqlarını sübut etmələrini tələb edirlər. Bununla belə, Bing AI kimi qabaqcıl AI sistemləri CAPTCHA testlərini keçməyi bacararsa, bu təhlükəsizlik tədbirləri faydasız ola bilər.

Mənbə: Evrimagaciofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et