eBay-da dili dəyişmək üçün yuxarı naviqasiyada öncə Hesab nişanını,sonra Şəxsi Parametrlər nişanını seçin. Şəxsi Parametrlər səhifəsində dili dəyişmək üçün İstifadəçi Parametrlərinə keçin. Yeni seçimləri saxlamaq üçün Yeniləmə düyməsini klikləyin.

eBay auksion vebsaytı 1995-ci ildə Kaliforniyanın San-Xose şəhərində başladı, 2008-ci ilə qədər şirkət yüz milyonlarla istifadəçini qeydiyyatdan keçirərək bütün dünyada genişləndi. 2014-cü ilə olan məlumata görə, o, 30-dan çox ölkədə fəaliyyət göstərir və milyardlarla dollar dəyərindədir. EBay bütün dünyada insanlara xidmət və mal almaq və satmaq imkanı verir.
eBay-in qlobal göndərmə proqramı satıcılara dünyanın müxtəlif ölkələrindəki alıcılara mal göndərməyə imkan verir. Təzə çiçəklər və ağır maşınlar da daxil olmaqla müəyyən məhsul kateqoriyaları qlobal göndərmə proqramında mövcud deyil. 2014-cü ildən eBay-in korporativ strategiyasına daha çox beynəlxalq biznes daxildir.
2005-ci ildə eBay onlayn rabitə şirkəti Skype-ı əldə edərək, müştəri bazasını dünya üzrə 480 milyondan çox insana çatdırdı. EBay 2011-ci ildə Skype-ı Microsoft-a 8,5 milyard dollara satdı. Onlayn hərraclara və digər satışlara əlavə olaraq, eBay-in 2014-cü ildə təklif etdiyi xidmətlərə onlayn elanlar, tədbir biletlərinin alınması və satışı və pul köçürmələri daxildir. Şirkət satıcılardan haqq tələb etməklə pul qazanır.
Mənbə : 411answers.com
Tərcümə etdi : Günay Ələskərova
