İddialara görə, Apple Watch Series 10 əvvəlki versiyalardan daha böyük olacaq.

Apple Watch Series 10-un bu payızda daha böyük ölçüdə olacağı bildirildi. Seriyadakı Ultra modellərinin ölçülərinin eyni qalacağı gözlənilsə də, standart Apple Saatlarının ölçülərinin də artacağı deyilir. Apple Watch modellərinin ölçüləri 41 mm və 45 mm-dən 45 mm və 49 mm-ə qədər artacaq.
Apple Watch Series 10-un ölçüsündə mümkün dəyişikliyin səbəbi hələ aydın deyil. Bu nöqtədə önə çıxan iki fərqli fikir var: Apple ya Ultra modellərindəki yığım ölçüləri bəyənildiyi üçün bu yolu gedəcək, ya da Apple Intelligence xüsusiyyətlərini ağıllı saatlara gətirmək üçün belə bir yolu tutacaq. Apple saatları Apple-ın Apple Intelligence-ə gətirəcəyi cihazlar siyahısına daxil edilməyib. Cupertino mərkəzli şirkətin süni intellekt şəbəkəsi xaricində olan məhsullar arasında ən populyarı Apple Watch olub. Vision Pro və HomePod da Apple Intelligence dəstəyi almayacaq məhsullar arasında idi.
Digər tərəfdən, Watch 10 ilə birlikdə gəlməsi gözlənilən başqa xüsusiyyətlər də var. Bu xüsusiyyətlərə hipertoniyaya nəzarət edəcək nəbz sensoru, yuxu apnesi sensoru və batareyanın səmərəliliyini artıra bilən yeni ekran texnologiyası daxildir.
Apple Intelligence-in hazırda Apple Watches-da istifadə oluna bilməməsinin əsas səbəbi çip məhdudiyyətidir. Daha böyük ağıllı saat daha böyük və daha təkmil çip deməkdir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
