Bu gün:

Süni intellekt yumorda insanları üstələyir


Alimlər süni intellektin zarafatlarının insanlarınkından daha gülməli ola biləcəyi fikrini irəli sürüblər.

Xüsusilə son bir neçə ildə sürətlə inkişaf edən süni intellekt müxtəlif peşələri insanların əlindən almaq qorxusunu da yayır. İncəsənət və əyləncə sənayesi işçiləri də bu siyahıda olsa da, keçən ilki Hollivud tətilləri zamanı bu məsələyə xüsusi diqqət yetirildi .

Qismən bu narahatlıqların nə qədər real olduğunu yoxlamaq üçün tədqiqatçılar ChatGPT və insanların zarafatlarını müqayisə etdilər. Araşdırmada xəbərlərə satirik şərhləri ilə tanınan ABŞ-da yerləşən Onion media təşkilatının başlıqları da yer alıb. 

Çərşənbə günü PLOS One jurnalında dərc edilən araşdırmada 105 iştirakçıdan üç qaydaya uyğun olaraq zarafat yazmaq istənilib. İştirakçılar akronimlərdən hazırcavab ifadələr çıxarmalı, cümlələri yumoristik şəkildə tamamlamalı və hipotetik ssenarilərdə sərt sarkastik zarafatlar etməli idilər.

Tədqiqatçılar tapıntıların əyləncə sənayesi işçilərini narahat etdiyini düşünür və məqalədə yazır: “Nəticələr, bir doza yumorla gündəlik ünsiyyətlərini yaxşılaşdırmaq istəyən insanlar üçün daha müsbətdir”.

Digər tərəfdən, yazılı zarafatlar araşdırmaya daxil edilib. İntonasiya və pauza kimi yumor elementlərini nəzərə alsaq, süni intellekt üçün komediyaçıları və ya stand-up artistlərini əvəz etmək daha çətin görünür.

Mənbə: indytürk.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et