DJI indi elektrikli velosiped kateqoriyasına daxil oldu. Şirkət rəsmi olaraq velosipedlərdə istifadə olunacaq Avinox Drive System-i təqdim etdi. Pilotsuz təyyarələri ilə tanıdığımız Çin mərkəzli texnologiya şirkəti DJI, ABŞ-da qadağalarla üzləşdikdən sonra son zamanlarda müxtəlif kateqoriyalardakı məhsulları ilə görünməyə başladı. Məsələn, bir neçə ay əvvəl şirkətin ilk portativ elektrik stansiyalarını təqdim etdiyini gördük.

İndi tamamilə yeni bir məhsulla ortaya çıxdı. Texnologiya nəhəngi rəsmi olaraq elektrikli velosiped sahəsinə girdiyini açıqladı. Bu kontekstdə o, Bosch, Bafang və Shimano kimi şirkətlərə rəqib olacaq Avinox Drive System adlı sistemini təqdim etdi. Avinox 2,52 kiloqram ağırlığında yüngül kimi təsvir edə biləcəyimiz bir sistemdir. O, 105 Nm fırlanma anı gücü və 600 Wh və ya 800 Wh batareya variantları təklif edir. Sürətli doldurma texnologiyası ilə təchiz edilmiş sistemdəki 800 Wh batareya 1,5 saat ərzində 0-dan 75%-ə qədər doldurula bilir.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
