
1970-ci illərdə e-poçt vasitəsilə internetin tətbiqi ilə internet sektorunda çox sürətli və davamlı bir dəyişiklik baş verdi. Daha sonra, 1990-cı illərdə insanlar internet üzərindən bir-biri ilə mesajlaşmağa başladılar. Bu mesajlaşma hər kəsin xoşuna gəldiyi üçün bəzi proqram təminatçıları və şirkətlər tərəfindən “Theglobe” adlı vebsayt yaradıldı. İnsanlar qeydiyyatdan keçərək profil yaradaraq bu sayta üzv olmağa başladılar.
Üzvlər bu veb-saytın digər üzvləri ilə əlaqə saxlamaq və mesaj göndərmək üstünlüyünə malikdirlər. Sosial media ilk dəfə rəsmi olaraq bu saytda istifadə edilmişdir. Daha sonra bu sayta rəqib kimi oxşar konsepsiyaya malik başqa bir sosial platforma olan “Sixdegrees” adlı şirkət ortaya çıxdı. Bu internet saytları sayəsində insanlar anında bir-birinə mesaj göndərə bilirdilər. Bu günə qədər texnologiyada böyük inkişaflar olduğu üçün bu sosial platformalar arasında rəqabət artmış və buna bənzər bir çox şirkət və internet saytları yaradılmışdır.
Rəsmi qeydlərə görə, Facebook dünyada ən çox istifadə edilən, bəyənilən və abunə olan sosial platforma çevrilib və olmaqda davam edir. 2004-cü ildə Mark Zukerberq tərəfindən ABŞ-da qurulan bu şirkətin təxminən 2 milyard istifadəçisi var.
Sosial Medianın Cəmiyyətə Təsirləri
İnsanların bir-birləriylə münasibətlərinə verdiyi əhəmiyyət və inkişaf edən texnologiya ilə doğan sosial medianın cəmiyyətə çoxlu təsiri oldu. Yarandıqları zaman yeganə məqsədi ünsiyyət olan bu internet saytları indi bir çox fərqli məqsədlər üçün istifadə olunmağa başlayıb. Hazırda bu platformalarda şəkillərin paylaşılması, reklam və kommersiya məqsədli məhsulların satışı kimi fəaliyyətlər həyata keçirilməyə başlanıb. Bunları etməyə başlamasında insanların ehtiyacları da təsirli oldu və insanlar artıq sosial mediada axtardıqları məhsulları izləməyə başladılar. Bu gün sosial media sorğulara və elmi araşdırmalara görə insan həyatını istiqamətləndirən bir vasitəyə çevrilib və olmaqda davam edir.
Mənbə: pandamedya
Tərcümə etdi: Sevil Azər
