Bu gün:

Geyimimizdəki rənglərin bizə təsiri


Bəzi rənglər psixologiyamıza müsbət təsir göstərdiyi halda, bəziləri isə mənfi təsir göstərir. Gün ərzində enerji səviyyəmizə təsir edən rənglər, rejimimizə qədər, müxtəlif insanlara birbaşa təsir göstərə bilər. Rənglər duyğularımıza davranışlarımıza və stres səviyyəmizə təsir edə bilər.

Rənglər ünsiyyətdə  sosial, mədəni və siyasi əhəmiyyətə malikdir. Onlara ayrı-ayrılıqda baxdıqda, fərqli xüsusiyyətləri olduğunu görürük.

Rənglərin istifadəsi dövr, inanc, mədəniyyət və yerdən asılı olaraq dəyişir. Rənglərin mənası simvolik məzmun daşıyır.

Sizin üçün ən çox seçilən rəng seçimlərini və təsirlərini araşdırdıq:

Qırmızı rəng enerji, ünsiyyət və hərəkətə hazırlıq hissi verir. Narıncı cəsarətli, sərgüzəştli və özünə güvənən bir insan tipini təsəvvür edir. Sarı rəng isə intellektual görünüş vermək xüsusiyyətinə malikdir ki, bu da insanları idarə etməyə maraq olduğunu göstərir. Yaşıl rahatlaşdırıcı, sakitləşdirici, tarazlaşdırıcı bir atmosfer yaradır. Mavi nizam və həlimliyi, bənövşəyi özünə inam, azadlıq hissini ifadə edir. Qəhvəyi isə bir yerə bağlanmaq, gələcək üçün güclü əlaqələr qurmaq istəyini göstərir.

Ləyaqət rəngi qara


Qara rəng hörməti ifadə edir. İş adamları və dövlət xadimlərində tez-tez gördüyümüz qara kostyumlar bizə güclü təsir bağışlayır.

Qara həm də güc adlanır. Bəzi insanlar daha ciddi görünmək üçün geyimlərində qara rəngə üstünlük verirlər. Bu rəngin insanı daha incə göstərdiyi də bilinir. Geyimlərində daha çox qara rəngə üstünlük verən insanların yüksək hörmətə sahib, məqsədyönlü və qətiyyətli insanlar olduqları təsbit edilib. Eyni zamanda, bir çox insanların sevdiyi qaranın xüsusi bir xarizmaya sahib olduğunu da vurğulaya bilərik.

Məsumiyyətin rəngi ağ

 Bir çox mədəniyyətlərdə gəlinlərin ağ rəngdə geyinməsinin səbəbi bu rəngin saflığı, məsumluğu simvollaşdırmasıdır. Həkimlər, tibb bacıları, laboratoriya mütəxəssisləri daha gigiyenik görünmək üçün ağ geyinirlər. Bu rəngi sevən insanların ortaq cəhətlərinin düşünmək, saflıq, işığı sevən, soyuqqanlı, geniş təsəvvürə sahib və uzlaşmağa  meyilli olmaları müşahidə edilib.

Ağ rəng saflıq və məsumluq rəngi kimi tanınan ağ eyni zamanda, təmizliyi, təslim olmanı bildirir. Bu rəng sizin həyatda balanslı olduğunuz və sadə şeyləri sevdiyiniz insanı göstəricisidir. Rənglərin mənası məlum olduqdan sonra geyim daha mənalı olur, elə deyilmi?

Hüzurun rəngi Mavi


Rənglərin mənası siyahımızda sakitlik rənginin növbəsi gəldi. Mavi rəng geyimdə üstünlük verilən ən çox yayılmış rənglərdən biridir. Göyləri və dənizi seyr etmək , sakitliyindən zövq almaq istəyən hər bir insanın şkafında ən azı bir mavi rəngli paltar var.  Bu  geyimlər sakitləşdirici  xüsusiyyətə malikdir. Sakit bir gün keçirmək və xoşbəxt olmaq istəyirsinizsə, seçiminiz mavinin lehinə olmalıdır.

Sevginin və ehtirasın rəngi qırmızı


İstək, iştaha və ambisiyası olan insanların üstünlük verdiyi qırmızı rəng cəmiyyətdə dərhal nəzərə çarpan rəngdir. Qan təzyiqi və tənəffüsü də artıran qırmızı emosional gərginliyi artıran bir rəng olaraq da bilinir. Bu rəngin insan psixologiyasında azadlığı və enerjini artırdığı da sübut edilmişdir. Qərar qəbul etməyi sürətləndirən qırmızının çox diqqət çəkən bir rəng olmasıyla yanaşı, həm də gözləntiləri artırdığı bilinir. Qırmızı rəngin cəlbediciliyi danılmaz bir faktdır. Romantikanın, sevginin və ehtirasın rəngi həm qadınları, həm də kişiləri cəlb edir.

Lüks həyatın rəngi-bənövşəyi

Bir çox insaların çox bəyəndiyi, zəngin və lüks bir həyatın simvolu sayılan bu rəng, insanların yaradıcı bir tərəfi olduğu mesajını verir. Zövqlərinə və özlərinə çox güvənən insanlar tez-tez bənövşəyi paltar seçirlər. Buna görə paltar seçimində rənglərin mənasını bilmək çox vacibdir.

Dost canlısı rəng - narıncı


 Geyimlərində bu rəngə üstünlük verən insanlar ümumiyyətlə şən və çılğın olanlardır. Ətrafda bu seçimlərinə görə dərhal diqqəti cəlb edirlər. Onların sosial həyatı və dostları ilə münasibətləri çox canlı və rənglidir.

Konsentrasiya rəngi - sarı


Yüksək əhval-ruhiyyəniz yoxdursa, üstünlük verdiyiniz paltarın rəngi mütləq sarı olmalıdır. Çünki sarı rəng enerjinizi artıracaq və əhvalınızı yüksəldəcəkdir. Bu rəngli geyimlər maraqlı bir şəxs olduğunuzu və aktiv bir şəxsiyyətə sahib olduğunuzu göstərir. Tədqiqatlar bunun konsentrasiyanı əhəmiyyətli dərəcədə artırdığını göstərir. Bu səbəbdən, xüsusilə təhsil alarkən açıq rəngli paltar seçmək məhsuldar fəaliyyətlər üçün təsirli olacaqdır.

Etibarlı insanların rəngi qəhvəyidir


Tədqiqatlar nəticəsində qəhvəyi paltarlara üstünlük verən insanların digər insanlarla daha çox ünsiyyət qurduqları aşkar edilib. Qəhvəyi insanları təşviq etmək üçün daha uğurlu bir qabiliyyətə sahibdir. Geyimlərində bu seçimi edən insanlar daha etibarlı görünürlər. Bunun səbəbi olaraq, qəhvəyinin təbiətin rəngi hesab edildiyini də göstərə bilərik.

Şirin görünüşün rəngi çəhrayı


Rənglərin mənası siyahımıza qadınların daha çox bəyəndiyi çəhrayı rəng də daxildir. Yumşaq bir rəng olduğundan həssaslığı təmsil edir. Bu rəngə üstünlük verən insanların rəğbət yaratdığı, bəzən də həssas olduğu qeyd olunur. Qırmızı qədər güclü olmasa da, xüsusi hallarda romantikanın rəngi kimi də seçilir.

Diplomatik ortamların rəngi boz

Qara və ağ arasında olan boz rəng gözün ən rahat qəbul etdiyi rənglərdən biridir. Ümumiyyətlə, diplomatik və ağır şəraitdə üstünlük verilən boz rəng də gündəlik həyatda ən çox istifadə olunan rənglərdən biridir. Hadisələrdən və qarışıqlıqdan çəkinən insanlar tərəfindən daha çox üstünlük verilən boz rəng aktiv və ünsiyyətil insanlar tərəfindən bəyənilmir. 

Xarizmatik, qətiyyətli tünd mavi

Uğur və gücü simvolizə etdiyi düşünülən tünd mavi çox vaxt  iş dünyasında daha xarizmatik və məqsədyönlü görünmək istəyən insanlar tərəfindən seçilir. Daxil olduqları mühitdə çox diqqət çəkmək istəməyənlərin də üstünlük verdiyi tünd mavi rəngin insanların qərar qəbul etmə qabiliyyətini stimullaşdırıb yaddaşı gücləndirdiyi deyilir. Aparılan rəng tədqiqatları nəticəsində, xüsusən, gecə yatarkən tünd mavi rəngdən daha çox istifadə edən insanların oyandıqları zaman gördükləri yuxunu xatırladıqları irəli sürülüb.

Mənbə: halktv

Tərcümə etdi: Aysu Əsədova



 

Paylaş
Şərh əlavə et