
Qızıl investisiyaları 2000-ci illərin sonundan bəri qlobal miqyasda– səkkiz dəfə artıb.
Qlobal inflyasiya, maliyyə vəziyyətinin pisləşməsi və dünyada qeyri-sabit geosiyasi vəziyyət dolların dəyərdən düşməsi və uzunmüddətli yatırımlar üçün qızılı daha cəlbedici edir.
Yaponiyanın "Nikkei" qəzeti yazır ki, qızıla sərmayə qoymaqdan əldə olunan gəlir 2000-ci illərin sonundan bəri səkkiz dəfə artıb.
Mənbəyə əsasən, qızıla sərmayə qoyuluşundan əldə edilən qazanc ABŞ bazarında qiymətli kağızlara investisiya qoyuluşundan əldə edilən artımdan çoxdur. Göstərici 2000-ci illərin sonundan altı dəfə artmışdır. Qlobal miqyasda qiymətli kağızlara investisiyadan əldə edilən gəlirlər eyni dövrdə cəmi iki dəfə artıb.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
