Gələn qışda elektrik şəbəkəsinin təmiri üçün tədbirlər görülməsə, ukraynalılar gündə dörd saatdan az elektrik enerjisindən istifadə edə biləcəklər. Bu barədə CNN-ə Ukraynanın DTEK enerji holdinqinin baş meneceri Dmitri Saxaruk məlumat verib.

“Mövcud zədələnmiş elektrik stansiyalarını təmir etməsək, qarşılıqlı əlaqə imkanlarını təkmilləşdirməsək, heç olmasa bəzi yerlərdə paylanmış generasiya qurğuları tikməsək insanların gündə 4 saatdan az elektrik enerjisi qalacaq”,- dedi Saharuk.
Sadalanan işlər istilik mövsümü başlamazdan əvvəl başa çatdırılmalıdır. Kanalın həmsöhbətinin sözlərinə görə, 120 gün sonra başlayacaq.
CNN daha əvvəl bildirmişdi ki, Ukrayna bu qış elektrik enerjisinin kəsilməsindən tamamilə xilas ola bilməz. Nəşrin müəllifləri vurğulamışlar ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna hücumları getdikcə təsirli olur.
Mənbə: lenta.ru
Tərcümə etdi: Gülnisə Əfkari
