Bu gün:

Yaz aylarda göz allergiyasına diqqət edin


Xüsusilə, yazın gəlişi ilə əmələ gələn çiçək tozcuqlarına görə bu gün bir çox insanlarda göz allergiyası problemi var. Göz allergiyasının gözlərdə qaşınma, qızartı və şişlik kimi vəziyyətlərə səbəb olduğunu ifadə edən Oftalmoloq Op. Dr. Özge Güngör Akkuş göz allergiyası ilə bağlı önəmli açıqlamalar verib.

Allergiyaların uşaqlıqda daha çox rast gəlindiyini ifadə edən Dr. Akkuş: "Günəş şüalarının daha çox nəzərə çarpması və yazın gəlişi ilə tozcuq əmələ gəlməsinin artması nəticəsində ortaya çıxan göz allergiyası "Dənizli" kimi quru və isti iqlimi olan bölgələrdə daha çox rast gəlinir. Bu xəstəliyə qadınlara nisbətən kişilərdə daha çox nəzərə çarpır. Göz allergiyası zamanı göz qapaqlarında qaşınma, qızarma, yırtma və şişməyə səbəb olan histamin adlı maddə ifraz edilir. Bundan başqa, işığa həssaslıq, xüsusən də, günəş işığına qarşı həssaslıq meydana gəlir. Adətən, uşaqlıqda başlayan göz allergiyası 10- 12 yaşında azalmağa doğru gedir, 20-30 yaşlarında isə şiddəti əhəmiyyətli dərəcədə azalır. Göz allergiyası insanın həyat keyfiyyətinə təsir edir".

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et