Uşaqlara qarşı cinsi istismarın qarşısını almaq üçün Avropa İttifaqının hazırladığı yeni qanun mesajların məxfiliyini tamamilə aradan qaldıra bilər. Avropa İttifaqı rəqəmsal mesajların bloklar şəklində araşdırılmasını təmin edəcək yeni qanun layihəsinin hazırlanmasının son mərhələsindədir. Yeni dövrdə mesajlar ucdan-uca şifrələnsə belə, araşdırıla biləcək. Mesajlarla yanaşı, fotoşəkillər, keçidlər və digər məzmunlar da baxışa daxil ediləcək.

Bu vəziyyətlə bağlı məlumat mesajı hər bir tətbiqdə göstəriləcək. Mesajlarının nəzərdən keçirilməsinə icazə verməyənlər link və ya şəkillər göndərə bilməyəcəklər. Yeni qanunun ən mürəkkəb hissəsi ucdan-uca şifrələnmiş mesajlardır. Avropa İttifaqı həm bu mesajların məxfiliyini dəstəkləyir, həm də araşdırma tələb edir, çünki uşaq istismarı məzmunu ən çox paylaşılan üsuldur. Yeni tənzimləmə ilə mesajlar yüklənərkən xidmət təminatçıları tərəfindən yoxlama aparılacaq. Yeni moderasiya sistemi ilə Signal, WhatsApp və Messenger-dəki yazılar şifrələnməmişdən əvvəl nəzərdən keçiriləcək. Ancaq bu təhlildə hər mesajın məzmununun araşdırılacağı və ya nümunələrin axtarılacağı hələ məlum deyil. Aİ daha əvvəl 2022-ci ildə oxşar tənzimləmə təklif edib, lakin parlament bu təklifi qəbul etməyib. Texnologiya istehsalçıları bu tətbiqin həyata keçirilməməsi üçün çağırış etməyə başlayıblar. Telegram prezidenti Meredith Whittaker, bu tənzimləmə qanuna çevrilərsə, tətbiqin AB-də xidmətini dayandıracağını, çünki uc-uca şifrələmənin təsirsiz olacağını bildirdi.
Mənbə: Webtekno
Tərcümə etdi: Fatimə Şükürova
