Audio və ya video mühitində qulaqlıqlardan istifadə ən xoş və həll yönümlü təcrübələrdən biridir. Blutuz qulaqlıq modelləri həm kompüterə, həm də telefona asanlıqla qoşula bildiyi və kabel kimi problemi olmadığı üçün üstünlük verilir. Hərəkətliliyi məhdudlaşdırmaması ilə seçilən bu qulaqlıqların istifadəsi çox rahatdır.

Qulaqlığın Blutuz bağlantısı işə salındıqdan sonra qoşulacaq cihazın Blutuz bağlantısı açılacaq. Blutuz qulaqlıq şəbəkəsi aşkar edildikdən sonra telefonlar və ya kompüterlər kimi cihazlarda əlaqə yaradıla bilər. Bağlantı çıxarılana qədər Bluetooth qulaqlıq cihazda açıq olan audio məzmunu əks etdirməyə davam edir.
Blutuz qulaqlıq nədir?
Kabel tələb etmədiyi üçün praktiki variant olan Blutuz qulaqlıq modelləri Blutuz vasitəsilə asanlıqla smartfonlara və digər elektron cihazlara qoşula bilir. Simsiz əlaqə təklif edərək mobil təcrübəni növbəti səviyyəyə daşıyan Blutuz qulaqlıqları yüksək əlaqə sürətinə malik modelləri əhatə edir. Müvafiq cihazdakı bütün audio məzmunlar qulaqlıq vasitəsilə dinlənilə bildiyi halda, telefonlara gələn zənglər də Blutuz qulaqlığı ilə dinlənilə və qulaqlıqda mikrofon xüsusiyyəti varsa cavablandırıla bilər. Bu qulaqlıqlarda səsi artırmaq və azaltmaq üçün düymələr, eləcə də müxtəlif əmrlər var.
Mənbə: Gencergaming
Tərcümə etdi: Uğur Hacıyev
