Bu gün:

Nividia texnologiya sahəsində dünyanın ən dəyərli şirkətidir.


Çərşənbə axşamı Nividianın son açıqlamalarına əsasən texnoloji sahədə Microsoft-u taxtdan salaraq dünyanın ən dəyərli şirkəti olub. Nividianın yüksək səviyyəli prosessorları süni intellekt texnologiyasına üstünlük vermək üçün mübarizədə mərkəzi rol oynayır.

Çip istehsalçısının səhmləri iPhone istehsalçısı Apple-ı (AAPL.O) ötdükdən bir neçə gün sonra bazar kapitallaşmasını 3,335 trilyon dollara qaldıraraq 3,5% artırıb 135,58 dollara yüksəldi. Beləliklə, hazırda Nividia texnologiya sahəsində dünyanın ən dəyərli şirkətidir.

Microsoft-un səhmləri 0,45% ucuzlaşdığı üçün səhm bazarının dəyəri 3,317 trilyon dollar təşkil edib.

Apple-ın səhmləri 1%-dən çox dəyər itirərək dəyərini 3,286 trilyon dollar səviyyəsində saxlayıb.

Nvidia-nın son bir il ərzində bazar dəyərindəki heyrətamiz artımı, inkişaf etməkdə olan süni intellekt texnologiyası ilə bağlı nikbinliklə idarə olunan "Wall Street"-ın simvoluna çevrilib. 

Mənbə: Reuters.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et