EEF-2024 3-6 sentyabr 2024-cü il tarixlərində Vladivostokda keçiriləcək.
"Uzaq Şərqin və Arktikanın hərtərəfli inkişafı, Asiya-Sakit Okean regionunda beynəlxalq qarşılıqlı fəaliyyətin gücləndirilməsi 2024-cü ildə keçiriləcək Şərq İqtisadi Forumunun (EEF) əsas mövzuları olacaq",– Roskonqres Fondunun mətbuat xidmətindən jurnalistlərə bildirilib.
"Şərq İqtisadi Forumu ənənəvi olaraq təkcə Uzaq Şərq və Rusiya Arktikasının deyil, bütövlükdə Asiya-Sakit Okean regionunun hərtərəfli inkişafının əsas mövzularını müzakirə etmək üçün platformadır. Digər məsələlərlə yanaşı, Forumun iştirakçıları - hökumət orqanlarının nümayəndələri , biznes və ekspert icmaları - insanlara qayğı, həyat keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi, insan resurslarının hazırlanması və infrastrukturun təkmilləşdirilməsi kimi mövzuları müzakirə edəcəklər Cənub-Şərqi Asiya dövlətlərinin çoxqütblü dünya iqtisadiyyatında rolu”, - deyə Rusiya prezidentinin köməkçisi Anton Kobyakov bildirib.
EEF-2024 2024-cü il sentyabrın 3-dən 6-dək Vladivostokda keçiriləcək.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova