Bu gün:

Süni intellekt tərəfindən "təhdid" olunmayan peşələr


"Robotların Gücü: Süni intellekt dünyaya necə hakim olacaq?" Kitabın müəllifi Martin Ford xəbərdarlıq edir ki, süni intellektin nəticələri ağır ola bilər. 


"Eyni anda bir çox insan işsiz qala bilər və bu, təkcə, fərdlərə deyil, bütün iqtisadiyyata böyük təsir göstərəcək. Xoşbəxtlikdən, bütün xəbərlər pis deyil. Mütəxəssislər, hələ də, süni intellektin edə bilmədiyi şeylərin olduğunu vurğulayırlar. Bunlar çox vaxt emosional zəka və ya yaradıcı düşüncə kimi insan xüsusiyyətləri tələb edən işlərdir. Bu sahələrdə işə başlamaq işinizin süni intellekt tərəfindən əlindən alınma şansını azalda bilər. 

Elm, tibb və hüquq sahəsində yaradıcı iş hələ də təhlükəsizdir. İşi yeni hüquqi və ya biznes strategiyaları hazırlamaq olan insanlara həmişə ehtiyac olacaq. Yaradıcı işdən sonra təhlükəsiz olan ikinci kateqoriya tibb bacısı, biznes konsultantı və ya araşdırma jurnalistikası kimi şəxsiyyətlərarası münasibətlərin vacib olduğu işlərdir.



Süni intellektin xərçəng əlamətlərini insanlardan daha erkən fərq edəcəyini düşünə bilərik. Ola bilər ki, gələcəkdə həkimlər bu texnologiyadan istifadə edəcəklər. Amma həkim rolunun tamamilə aradan qalxacağı düşünülmür.


Mənbə: BBC

Tərcümə etdi: Fidan Əlizadə

Paylaş
Şərh əlavə et