
Bir qrup tədqiqatçı səs izolyasiyasını təmin edən saç teli kimi nazik parça hazırlayıb.
MIT və digər qurumların tədqiqatçıları səs izolyasiyasını təmin edən saç kimi nazik parça hazırlayıblar. Xarici pəncərələrdən və ya eyni məkanda bitişik otaqlardan gələn səs-küyün qarşısını almaq üçün işlənib hazırlanmış bu ipək parça gərginlik tətbiq edildikdə titrəyən xüsusi piezoelektrik polimer əsaslı lifdən ibarətdir.
Bu yaxınlarda hazırlanmış parça ilə səs iki fərqli şəkildə azaldıla bilər. Birinci şəkildə, titrəyən parça, səs-küyü ləğv edən qulaqlıqlarda olduğu kimi, arzuolunmaz səs-küyü aradan qaldırmaq üçün ona müdaxilə edən səs dalğaları yaradır. Başqa bir şəkildə, parça səsin ötürülməsində rol oynayan titrəmələri boğaraq hərəkətsiz qalır. Beləliklə, titrəyən parça vasitəsilə səs-küyün ötürülməsinin qarşısı alınır və səs izolyasiya edilir. Tədqiqatçılar bildirirlər ki, bu yeni parça vibrasiyanı 95%, səsi isə 75% azaldır. Beləliklə, böyük iş yerlərində, məsələn, böyük açıq ofislərdə səssiz bölmələr yaradıla bilər.
Mənbə: bilimtubitak
Tərcümə etdi: Sevil Azər
