Yeni texnologiya ilə hazırlanan cihaz vasitəsilə insan beyninin görüntüləri çəkilib. (Alzheimer və ya şizofreniya kimi xəstəliklər aşkar edilə bilər.)
Fransa Atom Enerjisi və Alternativ Enerji Agentliyi (CEA) tərəfindən hazırlanmış "Iseult MRI maşını" 11,7 tesla maqnit gücü ilə dünyanın ən güclü MRT aparatıdır.
Iseult MRI xəstəxanalarda tapılan MRT aparatlarından təxminən 4 dəfə güclüdür!
Əslində, müqayisə üçün qeyd edək ki, xəstəxanalardakı MRT aparatları bu yeni cihazla eyni aydınlıqda görüntü yaratmaq üçün saatlarla vaxt sərf etməlidir. (Bu mümkün deyil, çünki şəxs hərəkət etdikdə şəkil bulanacaq.)
Iseult MRT qeyd olunan aydınlıqda təsvir yaratmaq üçün cəmi 4 dəqiqə tələb edir. Bu görüntülər beyin haqqında əvvəllər əlçatmaz olan məlumatları verir.
Yüksək maqnit sahəsi sayəsində Iseult MRT aşağı siqnallarla bəzi növ beyin kimyəvi maddələrini də aşkar edə bilir. Bu sayədə bu maşınla əldə edilən görüntülər qarşıdakı illərdə Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin, bipolyar pozğunluq və şizofreniya kimi psixiatrik xəstəliklərin araşdırılmasında təsirli olacaq.
Mənbə: Evrimagaciofficial.
Tərcümə etdi: Günay Məmmədova.