Bu gün:

Qırğızıstanda bəzi banklar pul köçürmə sistemini dayandırıb


Qırğızıstanın bir sıra bankları Rusiyaya və geriyə nağd pul göndərilməsini təmin edən pul köçürmə sistemləri ilə işi dayandırıblar.

"Texniki işlərlə əlaqədar olaraq aşağıdakı köçürmə sistemləri (göndərmə və qəbul) Astrasend, Unistream, Contact, Koronapay və Sberbank Online banklarında işləmir", - RSK Bank bildirib.


Kompanion Bank da bu sistemlərlə fəaliyyətini dayandırıb. MBank, "valyuta bazarında məzənnə dəyişkənliyi və mümkün dramatik dalğalanmaları nəzərə alaraq" müvəqqəti məhdudiyyətlər tətbiq edib. 


Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et