"Apple" şirkətinin səhmləri iPhone da daxil olmaqla cihazlarının cəlbediciliyini artırmaq üçün nəzərdə tutulan yeni süni intellekt xüsusiyyətlərini nümayiş etdirdikdən bir gün sonra– çərşənbə axşamı 6℅-ə yüksəldi.

Cari səhmlərin qiyməti 205 dollar təşkil edərsə, "Apple" bazar dəyərinə 180 milyard dollar əlavə edəcək.
3,15 trilyon dollarla onun kapitallaşması Microsoft-un dəyərindən cəmi 40 milyard dollarından aşağıdır. Nvidia isə süni intellekt tətbiqlərində bumun ən böyük xeyriyyəçisi və bazar dəyəri baxımından üçüncüdür, dəyəri 2,93 trilyon dollardır.
Bazar ertəsi başlayan illik tərtibatçı tədbirində "Apple" daha geniş çeşiddə sorğulara cavab verə bilən və əvvəlkindən daha mürəkkəb tapşırıqları yerinə yetirə bilən təkmilləşdirilmiş Siri virtual köməkçisini və ən son əməliyyat sistemləri ilə göndəriləcək tətbiqlərində bir neçə AI xüsusiyyətlərini təqdim etdi. Yeniliklər iPhone, İPod, mag kompüteri üçün keçərlidir.
Mənbə: Reuters.com
Tərcümə etdi: Bənövşə Bağırova
